SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Altı sutkadır qaranlıqda qalan Qarabağ əlili Mehriban Əliyevadan 300 manat istəyir - Video

Altı sutkadır qaranlıqda qalan Qarabağ əlili Mehriban Əliyevadan 300 manat istəyir - Video

Tarix:

26-01-2019, 14:31

/ 1 005 dəfə oxundu.
Altı sutkadır qaranlıqda qalan Qarabağ əlili Mehriban Əliyevadan 300 manat istəyir - Video

“Xəzər Rayon Enerji Satışı və Təchizatı İdarəsinin satış şöbəsinin müdiri Abdullayev Seyfəddin yeni sayğacımın kartının verilməsi üçün məndən 300 manat istəyir”.

Bu sözləri İnterposta.info-ya müraciət edən Laçın rayon köçkünü, Qarabağ müharibəsi əlili İsmayılov Mamed Əli oğlu deyir.
Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edən Qarabağ əlili İsmayılov Mamed deyir: “20 ildir Xəzər rayonu Yeni Qala massivində 103 saylı yanacaq doldurma məntəqəsində yaşayıram. Qarabağ müharibəsi əliliyəm. 708 saylı hərbi hissədə - Ağdam istiqəmətində gedən döyüşlərdə iştirak etmişəm. İlk dəfə 1991-ci ildə Xramurt döyüşündə, 1992-ci ildə Əsgəranda, üçüncü dəfə isə Ağdam rayonunun Əhmədavar kəndi istimatində gedən döyüşlərdə yaralanmışam. Sağ gözüm tamamilə görmür. Sol gözüm isə Zərifə Əliyeva adına Göz klinikasının verdiyi rəyə görə 20 faiz görür”.
Ailəsinin 6 gündür qaranlıqda qaldığını deyən Qarabağ qazisi daha sonra deyir: ”Bir həftə bundan əvvəl yaşadığımız ünvanın elektrik sayğacı smart kartla əvəzləndi. Sayğacı quraşdırdıqdan sonra Xəzər rayon Enerji Satışı və Təchizatı İdarəsinin nümayəndələri sayğacın smart kartını vermədilər. Sayğacın smart kartı üçün Xəzər Rayon Enerji Satışı və Təchizatı İdarəsinə getdim. İdarənin satış şöbəsinin müdiri Abdullayev Seyfəddinin qəbuluna düşərək ondan sayğacın kartını istədim. Seyfəddin müəllim sayğacın kartının verilməsi üçün məndən 300 manat istədi. Ondan 300 manatın nə üçün istədiyin soruşduqda dedi ki, sənin borcun çoxdu. Pul ödəməsən kartı verməyəcəyik. Satış şöbəsinin müdirinə o qədər pulumun olmadığını, pulun əvəzinə çörək pulu kartımı vermək istədiyimi dedim. Seyfəddin müəllim çörək pulu kartımı götürməyərək 300 manat gətirməyimi dedi”.
Qarabağ əlili qeyd edir ki, 20 ildir məskunlaşdığı yanacaq doldurma məntəqəsində qaz olmadığına görə otaqları ancaq elektrik enerjisi ilə isidiblər. Buna görə də onların 2718 manat işıq borcları yaranıb.
“2718 manat işıq borcumuz var. 20 ildir qaz üzünə həsrətik. Qışın bu günündə 6 nəfər ailə üzvümlə donuruq. Altı gündür işığımızı da kəsdilər. Bu ayın 25-də millət vəkili Mahir Abbasovun maddi dəstəyi ilə sağ gözümü əməliyyat edərək çıxartmalıydılar. Ancaq evimizdə elektrik enerjisi kəsildiyinə görə əməliyyata gedə bilmədim”.
Altı sutkadır qaranlıqda qalan Qarabağ əlili Mehriban Əliyevadan 300 manat istəyir - Video
Qarabağ əlili sonda Birinci vitse-prezident mehriban xanım Əliyevaya müraciət etdi: “Mətbuat vasitəsilə birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edirəm. Hörmətli Mehriban xanım. Siz mərhəmətli xanım kimi uzun illərdir ölkəmizdə sosial vəziyyəti ağır olan insanlara, müharibə veteranlarına, əlillərinə, şəhid ailələrinə maddi-mənəvi dəstək olmusunuz. Bu humanist addımınızla xalqımıın sevgisini qazanmısınız. Sizdən çox xahiş edirəm, mən təcili gözümdən əməliyyat olmalıyam. Məskunlaşdığım ünvan buz kimi soyuqdur, gecələr şam işığında otururuq. Xahiş edirəm mənə 300 manat köməklik edin. Mən 300 manatı Xəzər Rayon Enerji Satışı və Təchizatı İdarəsinə ödəyib elektrik sayğacımın kartını əldə edə bilim”.
Vətəndaşın şikayəti ilə əlaqədar Xəzər Rayon Enerji Satışı və Təchizatı İdarəsinə müraciət etdik. Saat 16 radələrində zəng etməyimizə baxmayaraq, idarədə məsul şəxslərdən heç biri ilə əlaqə yarada bilmədik. İdarənin 012 5549707 nömrəsinə zəng edib satış şöbəsinin müdiri Seyfəddin Abdullayevin əlaqə nömrəsini istədik. Seyfəddin Abdullayev vətəndaşın redaksiyamıza etdiyi şikayəti dinlədi. Bizə vəkil kimi danışmamağı məsləhət görən satış müdiri şikayətçi vətəndaşın idarəyə yenidən yaxınlaşmasını istədi.

İnterPosta.info

Altı sutkadır qaranlıqda qalan Qarabağ əlili Mehriban Əliyevadan 300 manat istəyir - Video
Altı sutkadır qaranlıqda qalan Qarabağ əlili Mehriban Əliyevadan 300 manat istəyir - Video
Altı sutkadır qaranlıqda qalan Qarabağ əlili Mehriban Əliyevadan 300 manat istəyir - Video

Şərhlər

XƏBƏR LENTİ