“2600 ödədik, bizə köhnə mebel satdılar” - Fotolar
Bakı sakini Sona Həsənova “Dellora” mebel salonunun onlara köhnə mebel satdığını iddia edir.
Bu səbəbdən “Qafqazinfo”ya müraciət edən şikayətçi bildirib ki, elana əsasən köhnə mebelini yeni mebellə əvəzləmək üçün şirkətə təqdim edib. Ancaq onlara yenidən köhnə mebel verilib:
“Ötən il sentyabrın 5-də öz köhnə mebelimi “Dellora” mağazalar şəbəkəsinə təhvil verdim. Mən işdə, həyat yoldaşım isə xəstəxanada olanda yeni mebeli qaynıma təhvil veriblər. O da fikir verməyib. Sonradan biz gördük ki, mebel köhnədir. Üzərində xeyli cızıqlar var. Mağaza işçilərinə dedik, gəlib baxdılar. Ancaq dəyişmirlər. 2600 manat pul ödəmişik, əvəzində köhnə mebel verildi”.
Məsələylə bağlı şirkət nümayəndəsi Səbinə Mirzəyeva “Qafqazinfo”ya bildirilib ki, mebeldəki cızıqlar və qeyd onunan digər problemlər sonradan yaranıb:
“Mebeldə hər hansı bir problem yarandığı təqdirdə 14 gün ərzində dəyişmək və qaytarmaq mümkündür. Ancaq sözügedən şəxs bizə 3 ay sonra müraciət edib. Qeyd etdiyi bütün səbəblər sonradan yaranıb. Sadəcə bir detalında problem var, onu düzəltmək istəyirik, razı olmur”. 


89

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək