Lənkəran sakinləri şikayətçidir: 3 aydır ki, ünvanlı sosial yardım verilmir
Vətəndaşlar son 3 ayda sözügedən yardımı ala bilmədiklərini bildirirlər.
"Son 3 aydır ki, ünvanlı sosial yardımımız kəsilib. Bununla bağlı dəfələrlə aidiyyəti qurumun qapısına ayaq döysək də, bir nəticə yoxdur. Rəsmi izahat yoxdur, sadəcə deyirlər ki, "pul yoxdur". Başqa heç bir cavab verilmir. Bizim başqa variantımız yoxdur, son ümidimiz onadır".
Bu haqda Lənkəran şəhər sakinləri məlumat verib.
Onlar ünvanlı sosial yardım ala bilmədiklərini və çıxılmaz vəziyyətdə olduqlarını deyir: "Aldığımız yardım ilə ayın əvvəlindən sonuna kimi ailəmizi bir qarnı ac, bir qarnı tox dolandırırdıq. Gün-gündən hər şey bahalaşır və aldığımız pul da heç nəyə çatmır. Bu, dərdin bir hissəsidir. Ən dəhşətlisi isə odur ki, bir neçə aydır ünvanlı sosial yardımı da ala bilmirik". "Bir tərəfdən işsizlik, bir tərəfdən yardımın kəsilməsi… Heç bilmirik necə edək. Rəsmi orqanlara dəfələrlə müraciət etsək də, nə səsimizi eşidən var, nə cavab verən. Qeyri-rəsmi şəkildə bizə deyirlər ki, "hələ büdcədə pul yoxdur, nə vaxt olacaq, onda pulunuzu verəcəyik". Xahiş edirik, bizə yardım edin"
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev isə deyir ki, "Ödənişdə heç bir problem yoxdur. Ünvanlı sosial yardım vətəndaşlara vaxtı-vaxtında ödənilir. Fərdi şəkildə kimdəsə problem yaranıbsa, müraciət etsin, araşdıraq".
Azxeber

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...