AzNav “Milli Net 2018”- “Elektron hökumət və maliyyə - bank mobil tətbiq” nominasiyası üzrə 2-ci yeri tutub
İstifadə qaydalarının rahatlığı, geniş funksionallığı AzNav naviqasiya sisteminə olan marağı artırıb. Hazırda AzNav 254 min mobil qurğuda real rejimdə işləməkdədir. Göstəricinin yüksək olması “AzNav”ın bir çox üstün cəhətlərə sahib olduğunu göstərir. İstifadəçilər “AzNav”ı “iOS” (Apple), “Windows CE” əməliyyat sistemlərində olan bütün növ mobil cihazlardan və eyni zamanda, telefon və planşetlərdən ödənişsiz olaraq yükləmək imkanına malikdir. Həmçinin vətəndaşlar əlavə internet paketi götürmədən də sistemi oflayn rejimdə işlədə bilərlər. Bu isə onların vəsaitlərinə qənaət etməsinə imkan verir.
Qeyd edək ki, “AzNav” ilk milli naviqasiya sistemi “Milli Net 2018” Milli İnternet Mükafatında “Elektron hökumət və maliyyə - bank mobil tətbiq” nominasiyası üzrə 2-ci yeri tutub.
Bu milli layihə ölkəmizdə həyata keçirilən sosialyönümlü işlərin tərkib hissəsi olmaqla ünvan məsələləri ilə bağlı işlərin çevik həllinə yönəlib. Əmlak Məsələləri Dövlət Komitəsi bu xidməti də istifadəçilərə təqdim etməklə ünvan axtarışı məsələlərində vətəndaşların və əlaqəli tərəflərin işinin yüngülləşməsini təmin edib.
Sistemin təkmilləşdirilməsi gələcəkdə də davam edəcək.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...