SKY EKSPRESS-in Goranboy Sakininə Etdiyi Fırıldaq…-ŞİKAYƏT
- 25-12-2018, 15:00
- 1 518
Bir neçə suallar verdikdə gördüm ki, “SKY” Ekspress Kredit təşkilatının satış qiymətləri heç də reklamlarındakı kimi deyil.Bunların satış qiyməti hardasa 75% baha çıxır və mən razılaşmayıb telefonu söndürdüm”.
Goranboy sakinin dediyinə görə, bu danışığın üstündən təxminən 10 gün keçdikdən sonra “SKY”Ekspress Kredit təşkilatının nümayəndəsi ona zəng edərək şərləməyə başladı,deyib ki,əgər aldığı televizorun pulunu ödəməsə onu hüquq mühafizə orqanlarına verib süründürəcəklər: “Heç bir yerdə işləmirəm, ailə vəziyyətim çətin, bir yandan da “SKY”Ekspress kredit təşkilatı mən onlardan mal almaya-almaya məni şərləyirlər.Kaş bunlara zəng etməyəydim, qalmışam çıxılmaz vəziyyətdə.Hər gün zəng edib məni təhdid edirlər.
Xəbəral.az saytından və Azərbaycan xalqından mənə qarşı olan haqsızlığa kömək istəyirəm”.
Göranboy sakini Ayaz Sadıqov Xəbəral.az saytına onu da bildirdi ki, artıq bu kredit təşkilatı ilə bağlı Goranboy rayon prokurorluğuna və Respublika prokurorluğuna müraciət edib.
Vətəndaşın şikayətinin qərəzsiz araşdırıb dərc etmək üçün “SKY” Ekspress Kredit şirkəti ilə əlaqə saxlamağa çalışsaq da cəhdlərimiz boşa çıxdı.Şirkətin telefonu gün ərzində məşqul olduğundan və ya normal işləmədiyindən qarşı tərəfi dinləyə bilmədik.
Qarşı tərəfi dinləyib mövqelərini dərc etməyə hazırıq.