Yaralı tələbələrin vəziyyəti necədir? - Rəsmi açıqlama
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
İlkin məlumata görə, qəza zamanı mikro avtobusda 28 nəfər olub. "Ford-Tranzit” markalı sərnişin mikroavtobusunun maneəyə çırpılması nəticəsində Sumqayıt Dövlət Universitetinin 17 tələbəsi yaralanıb. Yaralılar Sumqayıt şəhər Təcili Tibbi yardım Xəstəxanasına yerləşdirilib.
Xəstəxananın baş həkimi Rauf Sadıqov bildirib ki, yaralılardan 7 nəfəri qız, qalanları isə oğlandır.
“Hamısı tələbədir. Onlardan 14-ü stansionar, 3-ü isə ambulator müayinəyə cəlb edilib. Vəziyyətləri orta ağırdır. Müxtəlif bədən xəsarətləri alıblar.
Qəza zamanı 5 tələbə dünyasını dəyişib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, 4 yaralı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Onlardan biri xəstəxanaya gətirilən kimi ölüb. Yaralıların ikisinin vəziyyəti ağır olaraq qalır.
Sumqayıt Təcili Tibbi yardım Xəstəxanasına yerləşdirilən yaralılardan 3 nəfər Travmotologiya, 6 nəfər Neyrocərrahiyə, 2 nəfər Reanimasiya, 3 nəfər Cərrahiyə şöbəsinə yerləşdirilib, 2 nəfərə isə ambulator yardım göstərilib.
Xırdalan xəstəxanasına isə 4 nəfər aparılıb. Onlardan ikisi dünyasını dəyişib. Bir nəfər hazırda xəstəxanadadır, bir yaralı isə ambulator müayinəyə buraxılıb.
Hazırda tibbi yardımın təşkili şöbəsinin mütəxəssisləri yaralılara lazımi yardım göstərmək, hadisə ilə yaxından tanış olmaq üçün xəstəxanalar üzrə ezam olunublar.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...