"Fair Group" tikinti şirkətindən şikayət: Maaşlar gecikir?
- 22-11-2018, 11:35
- 2 217
Bu barədə Qaynarinfo-ya şirkətin "Xəzər Waterfront" layihəsində çalışan fəhlələrindən biri məlumat verib. Şikayətçinin sözlərinə görə, 2 aydır şirkətdə maaşlar verilməyib.
"Şəhərin ən böyük layihələrindən biridir. Amma 2 aydır ki, maaşlarımız verilmir. Yaxın dost tanışdan borc alıb işə gedirik. Maaşların verilib-verilməyəcəyi də bəlli deyil".
Şirkətdən isə saytımıza bildirilib ki, maaşlar vaxtlı-vaxtında verilir və heç bir gecikmədən söhbət gedə bilməz.