Saça baxıb, insanın stressini müəyyən edirlər
Alimlər stress hormonu, kortizolu (Kortikosteroid hormon) saç komponentləri üzərində araşdırma apararaq, stressin səviyyəsini ölçə bildiklərini açıqlayıblar
Rusiya Elmlər Akademiyasının Yüksək Sinir Fəallığı və Neyrofiziologiya institutundan Nataliya Qulyayeva rəhbərlik etdiyi qrupu ilə əvvəllər qan analizi ilə ölçülə bilən stress səviyyəsini müəyyən etmək üçün yeni bir üsul kəşf ediblər. Stressin formalaşması və bədən üzərindəki təsirlərini araşdıran alimlər, saç komponentlərindən stress hormonu olan kortizolu araşdıraraq, stress səviyyəsini müəyyən etməyə nail olublar.
Mövzu ilə bağlı məqalələri Metabolic Brain Disease jurnalında dərc etdirən alimlər, qadınların kişilərə nisbətən daha çox meylli olduğu stressin köklük daxil olmaqla müxtəlif xəstəliklərə səbəb olduğunu və bunun stressi düzgün qarşısını ala bilinməməsindən qaynaqlandığını bildiriblər.
Saçların insanın həyatı boyunca bütün yaşadıqları barədə məlumat verməsi yanaşması ilə hərəkət edən alimlər, araşdırma zamanı 20 qadının stress səviyyəsini ölçüblər. Araşdırma nəticəsində depressiya problemi olan qadınlarda kortizol səviyyələrinin daha aşağı olduğu və bu nisbətin depressiya nisbəti ilə tərs mütənasib olaraq dəyişdiyi ortaya çıxıb.
Araşdırma həmçinin depressiyadan əziyyət çəkən qadınlarda hipotalamus-hipofiz-adrenal sisteminin təzyiq altında olduğunu göstərib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...