SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Məhkəmədə Müəllimlər İnstitutunun bağlanan Gəncə filialınının sabiq direktorunun həbs olunması tələb edilib

Məhkəmədə Müəllimlər İnstitutunun bağlanan Gəncə filialınının sabiq direktorunun həbs olunması tələb edilib

Tarix:

11-04-2017, 12:02

/ 840 dəfə oxundu.
Məhkəmədə Müəllimlər İnstitutunun bağlanan Gəncə filialınının sabiq direktorunun həbs olunması tələb edilib

Cinayətlər Məhkəməsində dələduzluqda, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Müəllimlər İnstitutunun bağlanan Gəncə filialınının sabiq direktoru Ramiz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Zabil Qasımovun sədrliyi ilə keçirilən iclasda iki zərərçəkmiş ifadə verib.

Zərərçəkmiş İdris Əliyev dindirilən zaman övladını instituta qəbul etdirməsi üçün R.Məmmədova 16 min manat pul verdiyini deyib: "Ramiz Məmmədov vədinə əməl etməyərək bu günə qədər pulumu qaytarmayıb".

Daha sonra o, məhkəməyə vəsatətlə müraciət edərək R.Məmmədovun həbs edilməsini istəyib.

Vəsatətə münasibət bildirən R.Məmmədov zərərçəkmişə etiraz edib. O, İ.Əliyevin 16 min manatı almadığını söyləyib.

Digər zərərçəkmiş Mahir Həsənov ifadəsində qeyd edib ki, 7250 manat pulu R.Məmmədov tərəfindən ələ keçirilib. M.Həsənov söyləyib ki, ümumilikdə ona 11 min 250 manat zərər dəyib, həmin məbləğin 4 min manatı isə Baş Prokurluqda iş araşdırılarkən R.Məmmədov tərəfindən ödənilib.

Zərərçəkmişin ifadəsi zamanı R.Məmmədov yerindən reaksiya verib və bu zaman tərəflər arasında gərginlik yaşanıb.

Hakim Z.Qasımov tərəflərə xəbərdarlıq etdib. O bildirib ki, bu iş üzrə məhkəmə priosesi 6 aya yaxındır davam edir. Hakim dəymiş zərərin 922 min 660 manat olduğunu vurğulayıb. O, R.Məmmədovdan dəymiş zərərin ödəməməsinin səbəbini soruşub.

R.Məmmədov isə qeyd edilən məbləğlə razılaşmayıb.

Hakim Z.Qasımov əlavə edib ki, institutun filialının bağlanmasından sonra 600-dən çox tələbənin taleyi sual altında qalıb.

Vəsatət baxılmamış saxlanılıb.

Məhkəmənin növbəti iclası fevralın 17-nə təyin edilib.

Qeyd edək ki, R.Məmmədov 2000-ci ildən Müəllimlər İnustutunun Gəncə filialının rektoru vəzifəsində çalışıb O, 2013-cü ildə Təhsil Nazirliyinin yoxlaması nəticəsində işdən azad olunub. Bağlanan təhsil müəssisəsində təhsil almayan, jurnal və əmr kitablarında adı qeyd olunmayan şəxslərin adına yazılmış diplomlar aşkar olunub.

R.Məmmədov Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, Müəllimlər İnstitunun sabiq rektoru millət vəkili Aqiyə Naxçıvanlıdır. İnstitutun Gəncə filialında aşkarlanan saxta diplomların hər birində A.Naxçıvanlının imzası olub. Rektor isə mətbuatda açıqlamasında bildirib ki, uzun illərdir institutun filiallarında bu tipli saxtakarlıqlara yol verilməsindən xəbərdar olub və buna görə də dəfələrlə daxili yoxlamalar aparıb. Məhz bu saxtakarlığın qarşısını almaq üçün özü Təhsil Nazirliyinə də özü müraciət edib.

Şərhlər

XƏBƏR LENTİ