Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində HƏKİM NAŞILIĞI
Azərbaycanda həkimin yalnış əməliyyatına görə uşağın beyninə qan sızıb.
BiG.AZ xəbər verir ki, bunu Xəzər televiziyasında Xoşqədəm Hidayətqızının “Səni Axtarıram” verilişinə çıxan ana bildirib.
O bildirib ki, 2016-cı ilin noyabrında övladını Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində həkim Elnur Həsənovun yanına aparıb: “İki gündən sonra övladımı əməliyyat etdi. Uşağım 15 gün reanimasiyada qaldı. Hər dəfə Elnur həkimdən uşağın vəziyyətini soruşanda gah dedi yaxşıdır, gah da dedi stabildir. Gecə növbəsində qalan həkim mənə dedi ki, gəl gör uşağın səni tanıyırmı? Uşağı görəndə dəhşətə gəldim. Uşağım hərəkətsiz vəziyyətdə göyə baxırdı. Həkimə deyəndə ki, uşağımı niyə bu vəziyyətə salmısınız. O, birinci boynuna aldı. Dedi 10 günə düzələcək. Başqa xəstəxanaya göndərdi. Onlar da qəbul etmədi. Baldızım Rusiyada yaşayır. Dedi uşağın sənədlərini göndər. Ordakı həkimlər uşağın beyninə qan sızdığını və təcili əməliyyat olunmalı olduğunu bildirdi. Bütün hər şeyimizi satıb övladımızı əməliyyat etdirdik".
Aparıcı Xoşqədəm Hidayətqızı bildirib ki, Elnur Həsənovla bağlı Rusiyada yaşayanlar da verilişə müraciət edir:"Əgər bir həkimdən 2-dən çox şikayət varsa onun diplomu əlindən alınmalıdır".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...