SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Əbülfəs Qarayevlə Zakir Fərəcovun iştirak etdiyi tədbirdə mətbuata QADAĞA

Əbülfəs Qarayevlə Zakir Fərəcovun iştirak etdiyi tədbirdə mətbuata QADAĞA

Tarix:

1-11-2018, 09:52

/ 1 554 dəfə oxundu.
Əbülfəs Qarayevlə Zakir Fərəcovun iştirak etdiyi tədbirdə mətbuata QADAĞA

Sumqayıt Dövlət Dram Teatrının 50 illik yubileyi qeyd edilib.
Mədəniyyət naziri Əbülfəs Qarayev, mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, ölkənin teatr ictimaiyyətinin və şəhər ziyalılarının nümayəndələri bu məqsədlə teatrda keçirilən mərasimdə iştirak ediblər.
Tədbirdə Z.Fərəcov teatrın bir qrup əməkdaşına şəhər İcra Hakimiyyətinin fəxri fərmanını təqdim edib.

AzNews.az bununla əlaqədar teatrın bir neçə aktyor və aktrisası ilə əlaqa saxlayaraq, onların təəssüratlarını bölüşmək istəyib. Amma
Aktyorlar söhbət əsnasında mətbuata çıxışlarına qadağa qoyulduğunu bildirdilər:
“Teatrın direktoru Mübariz Həmidov iclas keçirib. İclasda aktyorlara mətbuata müsahibə verməyi qadağan edib. Mübariz Həmidov “bu “qərar”dan heç kəs çıxa bilməz. Hansı mətbu orqandan müraciət etsələr, sizinlə bağlı bütün suallara ancaq Teatrın mətbuat xidmətinin rəhbəri cavab verəcək” - deyə bildirib.

Şərhlər

XƏBƏR LENTİ