Dövlət Agentliyindən BİABIRÇI SƏHV: "Azərbaycanı kiçiltdi"
Dünən Bakı Konqres Mərkəzində Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Milli Turizm Sammitində xoşagəlməz hal yaşanıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, sammitdə tədbir iştirakçıları xoş olmayan halla qarşılaşıblar. Belə ki, tədbirə dəvət olunan xarici qonaqlara paylamaq üçün nəzərdə tutulan broşürlərin üzərində Azərbaycan sözündə "A" hərfi kiçik şriftlə yazılıb. Tarixi abidələrimiz haqqında ingilis dilində təqdim edilən braşürlərdə bölgələrin və tarixi abidələrin adı böyük şriftlə, ölkəmizin adı isə kiçik hərflə qeyd olunub.
Qeyd edək ki, Dövlət Müstəqilliyi Gününün 27-ci ildönümündə dövlət orqanlarının, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun, turizm sənayesinin, yerli və xarici tərəfdaş şirkətlərin, ictimaiyyətin təmsilçiləri daxil olmaqla, ümumilikdə, 1500-dən çox nümayəndə iştirak etdiyi sammitdə paylanılan braşürlərdə bu cür səhvə yol verilməsi haqlı narazılıqlara səbəb olub.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...