98 saylı bağçada yerlər neçəyə “bron” edilir
Vallahi –billahi “ bron” sözünü ilk dədə aeroportda eşitmişdim. Yəni əvvəlcədən təyyarədə yerini behləyirsən ki, sıxlıq olub, bilet tapmayanda day problemin olmasın.
Oteldə də, restoranda da yer bron edilir adətən.
Amma ki, uşaq baxçasında yerin bron ediməsi nəsə təzə şeydi.
Mozalan.az xəbər verir ki, bu yeniliyi ölkəmizə Yasamal rayonu,Yeni Yasamal yaşayış massivində yerləşən 98 saylı uşaq bağçasının müdirəsi Elnurə Əliyeva gətirib.
Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, övladlarını həmin müəssisəyə yazdırmaq istəyən valideynlər ilk növbədə bağçanın müdiri Elnurə Əliyevadan artıq boş yerlərin olmadığını eşidirlər. Daha səriştəli valideynlər istifadəsiz uşaq çarpayılarına işarə etdikdə isə Elnurə xanım boş yerlərin guya ki, hansısa rəhbər vəzifəli şəxslərin sifarişlərinə əsasən “bron” saxlandığını da bəyan etməkdən çəkinmir. Nəhayət bütün bu “hazırlıq işlərindən” sonra Elnurə xanım daha etibarlı və üzü yola valideynlərlə “səmimi” söhbətə keçir. Məlum olur ki, bağçada hələ də bir-iki uşaq yerləşdirmək mümkündür. Lakin bunun üçün 400-500 manat məbləğində xərc çəkmək lazım gələcək. Təbii ki, sonradan reallaşacaq aylıq ödənişlər, əlamətdar günlər münasibəti ilə yığılan pullar və digər xərclər də öz yerində. Yeri gəlmişkən, məlumatlarda bu da bildirilir ki, məhz təmirdən sonra bu müəssisədə yığılan aylıq “haqq” hər uşağa görə müəyyənləşdirilmiş 20 manatdan birdən birə qalxaraq, 80 manata çatır.
Biz hər dəfə xüsusi olaraq qeyd etmişik ki, uşaq bağçalarının fəaliyyətləri ilə bağlı pul yığımlarından başqa digər problemlər də kifayət qədərdir. Bu tip müəssisələrdə uşaqlara verilən yeməklərin aşağı keyfiyyətdə olması, tərbiyəçilərin peşə yönümlü olmaması və savadsızlığı, bağçalara ayrılan ərzaqların mənimsənilməsi kimi halların mövcudluğu heç də sirr deyildir. Elə 98 saylı bağçanın fəaliyyətinə dair aldığımız məlumatlarda da vurğulanır ki, burada yeməklər müvafiq qaydada təsdiq edilmiş texnoloji təlimat və reseptura olmadan hazırlanır, dövlət standartı haqqında sənəd yoxdur.
Ümumiyyətlə bu bağçaya uşaq qoymuş valideynlərin şikayətləri vopsap qruplarından yayılaraq bütün ölkədə məşhur olub. Həmin yazışmalardan bəzilərinin fotoların diqqətinizə çatdırırıq.
Mozalan.az



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək