"Hell" istifadə edənlərdə asılılıq psixologiyası yaradır
Azərbaycanın istehlak bazarında diqqəti çəkən "Hell" adlı alkoqolsuz içkinin törətdiyi fəsadların əsl mahiyyətini sadə vətəndaşlar bilmir və ya fərqinə varmırlar. Xüsusilə, yeniyetmələrin və gənclərin bir qismində bu içkiyə maraq aludəçiliyə çevrilib.
Adının açıqlamasını istəməyən xanım psixoloq əməkdaşımızla söhbətində bildirdi ki, bəzi alkoqolsuz içkilər qarışıq kimyəvi tərkibə malikdir. "Hell" kimi içkilər istehlak bazarında daha çox satılmasına baxmayaraq, onların gənclərin və yeniyetmələrin bioloji inkişafına və fizyanomiyasına vurduğu ziyanı hesablamaq üçün xüsusi laboratoriyalarda biokimyəvi analizlər aparılıb nəticələri ictimaiyyətə çatdırılmalıdır.
Xüsusilə, "Hell" istifadə edənlərdə asılılıq psixologiyası yaradır, yeniyetmələrdə fobiya təzahürləri aşkarlanır. Avropada bu tipli alkoqolsuz içkilərdən istifadə edənlərin sayı azaldığı halda, reklam bazarına daha çox meyilli olan MDB məkanında, xüsusilə, Azərbaycanda daha çox qazanc götürmək istəyən işbazlar oliqarxların himayəsi altında insabların genefonduna ziyan vurma qabliyyətinə çalik olan alkoqolsuz içkilərin satışına maraq göstərirlər. "Hell" Bakıda çox satılır, lakin əsl qiymətindən ucuz satılması diqqəti çəkir. "Hell" xaricdən gətirilir, yoxsa Bakıda istehsal olunur? Onun hazırlanması prosesində və ya idxal edilməsində qida təhlükəsizliyinə zəmanət verilirmi?
Unutmaq olmaz ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Üzrə Beynəlxalq Konvensiyaların üzvüdür.
Sözardı: 7GUN.az vətəndaşların sağlamlığı naminə istehlak bazarına daxil olan alkoqolsuz içkilərin vi digər qida məhsulkarının keyfiyyətinə ictimai nəzarətin tətbiq edilməsini zəruri hesab edir.
GundemXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...