Ömürlük məhkumlar əfv oluna bilər - AÇIQLAMA
- 3-03-2017, 16:17
- 2 133
İnsan Hüquqları üzrə Birgə işçi qrupun üzvi, hüquq müdafiəçisi Novella Cəfəroğlu açıqlamasında bu haqda danışıb:
“Növbəti əfvi gözləyirik. Artıq siyahını təqdim etmişik. Lakin bu vaxtadək verilən əfv fərmanları ömürlük azadlıqdan məhrum olan şəxslərə aid olmayıb. Bu il isə ömürlük azadlıqdan məhrum edilən OMON-çuların da adını əfv oluna biləcək şəxslərin siyahısına daxil etmişik”.
N.Cəfəroğlu bildirib ki, bu vaxtadək OMON-çuların böyük qismi əfv fərmanı ilə azadlığa buraxılıb. Hüquqşünas Elçin Sadıqov isə saytımıza açıqlamasında vurğulayıb ki, OMON-çularla bağlı sonuncu əfv fərmanı 2005-ci ildə imzalanıb.
Cebhe.info