Kəmaləddin Heydərov maliyyə böhranı yaşayır - Boks və Taekvando federasiyalarına maliyyə yardımları dayandırıldı
Azərbaycan Boks Federasiyası və Azərbaycan Taekvando Federasiyası ciddi maliyyə problemi ilə üzləşib. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata əsasən, hər iki idman qurumunun prezidenti fövqəladə hallar naziri Kəmaləddin Heydərov sözügedən federasiyalara maliyyə yardımı ayırmaqdan imtina edib.
Məlumata görə, əslində, Boks və Taekvando federasiyalarında maliyyə problemi yeni deyil, hər iki qurumun əməkdaşları aylardır maaş ala bilmir. Sadəcə, son vaxtlara kimi K.Heydərov onlara bu problemin tezliklə həll olunacağını vəd etdiyindən, federasiyalar öz işlərini çətinliklə də olsa, davam etdirirdi.
Mənbə deyir ki, “fövqəlnazir” son vaxtlar ciddi maliyyə problemləri ilə üzləşdiyindən, hər iki federasiyanın rəhbərliyini artıq maddi vəsait ayıra bilməyəcəyi haqda xəbərdar edib. Təbii ki, bu da istər Azərbaycan Boks Federasiyası, istər də Azərbaycan Taekvando Federasiyasının rəhbərliyi tərəfindən böyük narazılığa səbəb olub. Çünki, qeyd etdiyimiz kimi, onlara verilən vədlər əsasında, aylardır əməkdaşların maaşları yığılıb qalıb və hər iki qurum ciddi borca düşüb. Üstəlik, keçiriləcək yarışların xərci də ödənilməyib.
Mənbənin sözlərinə görə, yaranmış maddi çətinliklər hər iki federasiyanın fəaliyyətini sual altında qoyub. Hazırda rəhbərlik yaranmış borcları ödəməyin və maliyyə problemini həll etməyin yollarını axtarır.
Redaksiyadan: Mövzunu davam etdirəcəyik. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
Hurriyyet.org

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək