İstirahət gününün hava proqnozu açıqlandı
Sentyabrın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, havanın temperaturu gecə 20-24°, gündüz 27-31° isti, Bakıda gecə 21-23°, gündüz 30-32° isti təşkil edəcək.
Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50 % olacaq.
Abşeronun şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba)Şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 24-25° isti təşkil edəcək. Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) Şimal-şərq küləyi əsəcək.
Dəniz suyunun temperaturu 25-26° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23°, gündüz 30-35° isti, dağlarda gecə 11-16°, gündüz 20-25° isti təşkil edəcək.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək