"Azerekspress"-in qarşısında narazılığa nə səbəb oldu? - FOTOLAR
Xaricdən Azərbaycana gətirilən telefonların qəbulunda aparılmış dəyişikliklər insanlar tərəfindən narazılıqla qarşılanıb.
Bu barədə Cebhe.info-ya adının açıqlanmasını istəməyən Bakı sakinlərindən biri bildirib. Onun sözlərinə görə, adına gönədrilmiş telefonu qəbul etmək üçün səhər saat 5-dən "Azerekspress" poçtun baş ofisinin qarşısında növbəyə dayansa da, hələ də telefonu götürə bilməyib. Hazırda "Azerekspress" poçtunun baş ofisinin qarşısında böyük növbənin yarandığını bildirən şikayətçi bildirdi ki, bu son dəyişikliklərdən sonra belə olub:
"Əvvəl belə hal yox idi. Yəni, xaricdən ada gələn telefonu istənilən poçt binasından götürmək olurdu. İndi isə situasiya fərqlidir. Ada gələn telefonu ancaq "Azerekspress" poçtunun baş ofisindən gəlib götürmək lazımdır. Bu da istər-istəməz belə növbələrin, narazılıqların yaranmasına gətirib çıxarır. Bunun səbəbini də soruşduqda heç kim heç nə demir. İndi bu növbəyə görə bütün işlərimdən oldum. İşdən icazə almışdım ki, gəlim tez götürüm. Amma saatlardır budayam. Hələ bundan sonra da neçə saat burda olacağımı bilmirəm".




Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək