"Azəriqaz" əhaliyə necə fırıldaq gəlir... - "...heç olmasa 30 faizi tələb olunur"
""Azəriqaz" həm vətəndaşlara qaz satır, həm də ona görə 25 faiz kredit hesablayır". Hurriyyet.org xəbər verir ki, bu fikirlər "İqtisadi Təhlil İnstitutu" İctimai Birliyinin rəhbəri Məhəmməd Talıblıya məxsusdur.
"Azəriqaz"ın mənzillərə yerləşdirdiyi sayğacların keyfiyyətində problemlərin yaranmasının yeni söhbət olmadığını vurğulayan Məhəmməd Talıblının sözlərinə görə, heç bir müdaxilə edilmədən sayğaclar özü-özünə mənfi qalıq göstərir: "İnanıram ki, bu məlumatdan çox təəcübləndiniz. Düşünə bilərsiniz ki, "Azəriqaz" bir təsərrüfat subyekti olaraq vətəndaşlara qaz satır, yoxsa onlara kredit verir? Mənim gəldiyim qənaətə görə, o, bunun hər ikisin edir. Necəsini sübut edəcəm. Bilirsiniz ki, "Azəriqaz"ın mənzillərə yerləşdirdiyi sayğacların keyfiyyətində problemlərin yaranması yeni söhbət deyil. Sayğaca heç bir müdaxilə edilmədiyi halda 100 minlərlə vətəndaşın sayğacında yaddaş pozğunluğu yaranmışdır. Özü də, təkrar edirəm, buna heç bir müdaxilə edilmədən sayğaclar özü-özünə mənfi qalıq göstərir. Yəni, vətəndaş istehlak etdiyi qazın ödənişin etmədən belə qazdan istifadə imkanı əldə edirdi. Hansısa bir mərhələdə "Azəriqaz"ın əməkdaşları gəlib həm sayğacları dəyiş, həm də ödəniş kartlarını. Bu zaman yeni kart almalı olan vətəndaşlara isə ödəməli olduqları borcun ilkin olaraq heç olmasa 30 faizi tələb olunur. Onu ödəməyənlərə isə əlavə olaraq 25 faizlik cərimə ilə mərhələli ödəniş tətbiq olunur. Örnəyin verim".
"İqtisadi Təhlil İnstitutu" İctimai Birliyinin rəhbəri qeyd edir ki, əgər sizin sayğacınızın özünün yaddaş pozulması nəticəsində 500 manatlıq borcunuz yaranıbsa, bu zaman sizə 160 manatlıq əlavə borc yazılmış olur: "Və ya ildə istehlak olunacaq 1700 kubmetr limitə qədər 10 qəpik, bu həddi keçəndən sonra isə 20 qəpikdən hesablanırdısa, yığılmış məbləğlə bağlı ödəniş etmədiyiniz bütün borclarınız kubmetri üçün birmənalı olaraq 20 qəpiklə hesablayırlar. Vətəndaşın heç bir suçu olmadan sayğacın müvəqqəti olaraq qaz ötürmə günahını vətəndaş niyə döməlidir ki? Və ya "Azəriqaz" əməkdaşlarının vaxtında dəyişməli olduqları sayğacların suçu istehlakçının cibindən çıxamalıdır ki? Özü də bütün vətəndaşların bu qaydalar çərçivəsində ödənişlərindən "Azəriqaz" milyonlarla pul qazanır. Sanki kreditor qurumu kimi bank xidməti göstərir. Bir istehlakçı olaraq tələb edirəm ki, "Azəriqaz" bu vətəndaşların ziyanına və özlərinin xeyrinə olan bu qanunsuzluğu aradan qaldırsınlar. Bir ölkənin sahibi olduğu qazı vətəndaşına simvolik məbləğdə satmaq əvəzinə, onu həm kommersiya qiyməti ilə satırsınız, həm də yüksək faizlə cərimələr tətbiq edirsiniz. Bu absurd qərarı mütləq dəyişin!"
Hurriyyet.org

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək