Ev-19 MTK -nın hərəkətindən narazı sakinlər 6''Prezidenti saymadan bina tikirlər''
Prezident seçkilərindən bir gün sonra, aprelin 12-də Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsindəki 9 mərtəbəli binanın arxasında inşaat başlayıb. Yeni Ev-19 MTK adlı şirkətin burada tikəcəyi 15 mərtəbəli bina sakinlərin etirazına səbəb olub. Onlar deyir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin qaydaları pozulub. Orada göstərilir ki, binaların arasındakı məsafə 30 metr olmalıdır. Sakinlər bildirir ki, 1985-ci ildə tərtib olunan xəritədə 9 mərtəbəli binanın arxasındakı həyətin də onların ərazisinə daxil olduğu göstərilib. Yaşıllıq, voleybol meydançası və eşitmə əngəlli uşaqların baxçası kimi.
Ölkə başçısı İlham Əliyev də ötən günlərdə Nazirlər Kabinetinin iclasındakı çıxışında bir-birinə yaxın məsafədə, məhəllənin həyətində tikilən binalara etiraz etmişdi.
Səs-küyə səbəb olan Yeni Ev-19 MTK 2017-ci ildə yaranan şirkətdir. İş başında olan MTK-nın icraçıları suallarımızı cavablandırmaq istəmədi.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi göndərdiyimiz sorğuya cavab verilməyib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...