SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nizami icra hakimiyyəti mərhum əsgərin ''Şəhidlər Xiyabanı''nda dəfninə izin verməyib

Nizami icra hakimiyyəti mərhum əsgərin ''Şəhidlər Xiyabanı''nda dəfninə izin verməyib

Tarix:

1-03-2017, 10:30

/ 2 751 dəfə oxundu.
Nizami icra hakimiyyəti mərhum əsgərin ''Şəhidlər Xiyabanı''nda dəfninə izin verməyib

Bu, Vətən uğrunda canından keçən şəhidin xatirəsinə hörmətsizlikdir”

Fevralın 25-də Xocavənd rayonunda həlak olmuş əsgər Zakir Cəfərovun Keşlə qəsəbəsindəki “Şəhidlər Xiyabanı”nda dəfn edilməsinə izin verilməyib.
Bu barədə məlumatı mərhum əsgərin atası Nazim Cəfərov verib.

O, Nizami Rayon İcra Hakimiyyətinin nümayəndəsinin “Şəhidlər Xiyabanı bağlıdır, orada yer yoxdur”, - dediyini söyləyib:

“Odur ki, Zakiri adi kənd qəbiristanlığında dəfn etdik”.

“Bu, Vətən uğrunda canından keçən şəhidin xatirəsinə hörmətsizlikdir. Rayon hakimiyyətinin rəftarı hiddət doğurur. Şəhidlər Xiyabanında yer var, bunlar bəhanədir”, - hüquq müdafiəçisi Elşən Həsənov belə deyib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

2016-da əvvəlki illərlə müqayisədə, cəbhədə atəşkəs halları daha çox pozulub. Həmin il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Buna baxmayaraq tərəflər bir-birini atəşkəsin pozulmasında ittiham edir.

Son günlər isə cəbhədə iri silahların işə düşdüyü, yenidən itkilərin olduğu xəbərləri yayılır.

Şərhlər

XƏBƏR LENTİ