Bakıda 62 nəfəri gün vurub
Havaların isti keçməsi ilə əlaqədar may ayından indiyədək Bakı Şəhər Təcili Tibbi Yardım Xidmətinə 62 nəfər günvurma şikayəti ilə müraciət edib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məsləhətçisi Səfayə Əhmədova bildirib ki, Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə günvurma şikayəti ilə müraciət edən şəxslərin 22-ə ambulator yardım göstərilib, 40-a isə orta dərəcəli günvurma diaqnozu qoyularaq stasionar tibb müəssisələrinə yerləşdirilib.
Müraciət edən 62 nəfərin 46-sı kişi, 12-si qadın olub. Günvurma şikayəti ilə müraciət edənlər arasında 4 uşaq olub.
S.Əhmədova bildirib ki, dünən günvurma şikayəti ilə 10 nəfər müraciət edib. Onların 9-u xəstəxanaya yerləşdirilib. Bu il günvurmadan ölüm halı baş verməyib.
Qeyd edək ki, iyulun əvvəlindən ölkədə anomal isti hava şəraiti hökm sürür.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək