Əsgər anası: Balamın yasını verməyə imkanım yoxdu
- 2-07-2018, 15:21
- 1 622
İyunun 29-da səhər saatlarında Məlahət Kərimova oğlu Turan Kərimovun hərbi xidmətdə yaralandığı xəbərini alır. 19 yaşlı oğlunun meyiti qapısına gələndə anası onun ölümündən xəbərsiz idi. "Mənim balam səhər-səhər ölüb, necə ölüb, onu bilmirəm. Bircə onu bilsəm, ürəyim rahatlayar, amma bilmirəm”.
Məlahət Kərimova deyir ki, indi onun tək istəyi oğluna şəhidlik statusunun verilməsidir. Hadisə ilə bağlı Müdafiə Nazirliyi heç bir açıqlama yaymayıb.