SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Əsgər anası: Balamın yasını verməyə imkanım yoxdu

Əsgər anası: Balamın yasını verməyə imkanım yoxdu

Tarix:

2-07-2018, 15:21

/ 1 613 dəfə oxundu.
Əsgər anası: Balamın yasını verməyə imkanım yoxdu

Ordudan təxris olunmasına 3 ay qalmış əsgər Turan Kərimovun meyiti ailəsinə təhvil verilib. İyunun 29-da cənazəsi gətirilən Kərimovu əsgər yoldaşının öldürdüyü iddia edilir. Elə həmin gün əsgərin yaxınları və qonşuları 8-ci km bazarının arxasındakı yolu bağlamışdılar.
İyunun 29-da səhər saatlarında Məlahət Kərimova oğlu Turan Kərimovun hərbi xidmətdə yaralandığı xəbərini alır. 19 yaşlı oğlunun meyiti qapısına gələndə anası onun ölümündən xəbərsiz idi. "Mənim balam səhər-səhər ölüb, necə ölüb, onu bilmirəm. Bircə onu bilsəm, ürəyim rahatlayar, amma bilmirəm”.
Məlahət Kərimova deyir ki, indi onun tək istəyi oğluna şəhidlik statusunun verilməsidir. Hadisə ilə bağlı Müdafiə Nazirliyi heç bir açıqlama yaymayıb.

Şərhlər

XƏBƏR LENTİ