Ramil Usubov: “Cinayətlərin açılması orta hesabla 87 faiz təşkil edir”
“Azərbaycanda il ərzində 2 mindən çox cinayətin üstü açılır. Həyata keçirilən tədbirlər nəticəsində insan hüquq və azadlıqlarının pozulması, korrupsiyaya şərait yaradan və digər neqativ halların sayı nəzərəçarpacaq dərəcədə aşağı düşüb”
Bunu Azərbaycan polisinin 100 illik yubileyi və 2 iyul - Polis günü münasibətilə keçirilən mərasimdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov deyib.
Nazir bildirib ki, son 15 ildə Azərbaycanda hər 100 min nəfərə ümumi cinayətlərin sayı, eləcə də qəsdən sağlamlığa ağır zərərvurma, oğurluq, xuliqanlıqların sayı əksər Avropa ölkələri ilə müqayisədə az, bəzi hallarda isə dəfələrlə azdır.
Nazirin sözlərinə görə, son 15 ildə 48 mindən çox axtarışda olan şəxs məhkəmə-istintaq orqanlarına təhvil verilib. R. Usubov cinayətlərin orta hesabla açılmasının 87 faiz təşkil etdiyini vurğulayıb: "Qeydə alınan cinayətlərin təxminən 88 faizi heç bir ağır təhlükə törətməyən və az ağır cinayətlərdir”.
R.Usubov onu da vurğulayıb ki, ölkədəki xalq-iqtidar birliyi sabitliyin yaranmasında, möhkəmlənməsində, təhlükəsizliyin təmin edilməsində bir daha özünü göstərir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...