Baku Medikal Plazada uşaq öldü, meyitini ailəsinə vermək üçün 10 min tələb edirlər – ŞOK İDDİA
“Baku Medikal Plaza”da beş aylıq uşaq həyatını itirib.
BiG.AZ xəbər verir ki, körpənin nənəsi Mustafayeva Sona İsmayıl qızının mer.az-a verdiyi məlumata görə, qızdırma səbəbiylə uşağı sözügedən klinikaya gətiriblər. Əvvəlcə 500 manat depozit, ardınca daha 2000 manat ödəyiblər. Daha sonra valideynlərə bildiriblər ki, uşaq komaya düşüb və dünyasını dəyişib: “İndi də bizə deyirlər ki, 10 min manat ödəyin, meyidi sizə təhvil verək”.
Əməkdaşımız məsələylə bağlı klinikanın mühasibatlıq şöbəsində olub. Bildirilib ki, körpənin yaxınlarının dediyi həqiqəti əks etdirmir: “Uşaq ekspertiza rəyi almalı, dəqiq diaqnoz qoyulmalı, əgər həkim səhlənkarlığından ölübsə, həmin həkim cəzalanmalı və ölümün səbəbi açıqlanmalıdır”.
Qeyd edək ki, klinikanın mühafizə xidməti çəkiliş aparmaq istəyən əməkdaşımıza qarşı təzyiq göstərib və şikayətçi qismində kameraya danışan nənəni əməkdaşımızdan uzaqlaşdırıblar.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...