SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Qan İnstitutu aprel qazisinin “qanını içdi”: Şirəliyev, hara baxırdın?

Qan İnstitutu aprel qazisinin “qanını içdi”: Şirəliyev, hara baxırdın?

Tarix:

8-06-2018, 09:21

/ 2 068 dəfə oxundu.
Qan İnstitutu aprel qazisinin “qanını içdi”: Şirəliyev, hara baxırdın?

Lələ Təpə döyüşlərinin iştirakçısı Azər Aslanov qan xərçəngindən vəfat etdi. Bu hadisə ölkəni ayağa qaldırdı, cəmiyyəti sarsıtdı, sosial şəbəkələri silkələdi.
Məlumata görə, onun ölümündə Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu ittiham olunur. Çünki aprel qazisini xilas etmək, ömrünü bir neçə il uzatmaq mümkün imiş.
Amma Qan İnstitutunun gözünü pul tutmuş həkimləri soyuqqanlı davranaraq vətən fədaisinin müalicəsinə ürək qızdırmayıblar.
A.Aslanovun əmisi oğlu, jurnalist Tural Aslanlı isə bildirib ki, onun vaxtsız ölməsində müalicə müəssisəsi günahkardır:
“Ciddi müalicə aparılsaydı, bəlkə də ömrü bir neçə il uzanardı. Həkimlər soyuqqanlı şəkildə Azərin valideynlərinə deyirlər ki, xəstəxanada səs-küy salmayın, onsuz da gec-tez öləcəkdi...”
Jurnalist əlavə edib ki, quru sözlərdən, vəddən başqa heç bir kömək olmadı: “Qan institunun həkimlərinin bu qədər cəllad, soyuqqanlı olduğunu bilmirdim.
İnsanlıq onlar üçün bitib. Tüpürüm sizin insanlığınıza, həkimliyinizə...Bu dövlət üçün canını keçməyə hazır olan birisinə qarşı bu qədər alçaqcasına soyuqqanlıqla yanaşmağı ancaq düşmən həkimləri edər”.
Aprel döyüşçüsünü ölümü və həkimlərin laqeydliyi sosial şəbəkələri ayağa qaldırıb. Cəmiyyət hakimiyyəti, Səhiyyə Nazirliyini “topa tutub”.
Məlumata görə, feysbukda nazir Oqtay Şirəliyevə və Qan İnsitutu rəhbərliyinə suallar yağdırılıb.
Vətən uğrunda sağlamlığını itirən, ağlr xəstəlik tapan döyüşçünün müalicəsini dövlət üzərinə götürməliydi.
Eyni zamanda onun müalicəsi xaricdə davam etdirilə bilərdi. Səhiyyə naziri hara baxırdı?
Bizi qərəzli tənqid yazmaqda ittiham edənlər, mətbuatı günahkar sayanlar buyurub fakta münasibət bildirsinlər.
A.Aslanova qarşı biganə münasibət nəticəsində gənc insan həyatını itirdi. Qan İnstitununu isə çoxdan “qan içən” müəssisə olduğu, bazara çevrildiyi bəlliydi.
Vətəndaşların pulunu almamış qan satmayan bu tibb mərkəzi heç olmasa aprel qazisinə bu biganəliyi, qəddarlığı göstərməməliydi.
Aslanov Azərin səhhətində yaranan problemlərin ciddiliyi ilə bağlı dəfələrlə aiddiyəti qurumlara müraciət olunsa da, məsələyə reaksiya göstərən olmayıb.
Bu məsələnin bir tərəfi. Axı bu instituta həm də könüllü qan verənlər də gəlir. Tutaq ki, sırf savab iş görmək üçün qan vermək istəyənlərin də qapısıdır bu institut.
Qeyri-rəsmi məlumatlara görə, Səhiyyə Nazirliyində Hemotologiya və Qanköçürmə Elmi-Tədqiqat İnstitutu qanı bir qədər ucuz qiymətə alır.
Burada qanın 400 qramına 7-8 manat təklif edilir. Hətta Azərbaycandan xarici ölkələrə qan satışı haqda xəbərlər də var. İnkişaf etmiş ölkələrdə qanın 1 vahidi 70-90 dollara satılır.
Yəni bizdəkindən 4 dəfə baha. Əslində 20 manat qanın deyil, onun hazırlanması üçün lazım olan materialların qiyməti hesab edilir.

Fia.Az

Şərhlər

XƏBƏR LENTİ