Prezident Arzu Rəhimovun səlahiyyətlərindən birini LƏĞV ETDİ
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri ləğv edilib.
Bu, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci 13 dekabr tarixli 328 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” fərmanda əksini tapıb.
“Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanuna əsasən müvafiq icra hakimiyyəti orqanının hərbi uçotunda olan hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırışını həmin müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
“Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan prezidentinin 2005-ci 13 dekabr tarixli fərmanına əsasən hər iki halda müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini Azərbaycan Respublikasının Hərbi Komissarlığı və onun yerli qurumları, indiki halda isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və onun yerli idarə, şöbə və bölmələri həyata keçirib.
“Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci 13 dekabr tarixli 328 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” fərmana əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bu sahədə səlahiyyəti ləğv olunub.
Eyni zamanda Nazirlər Kabineti bu halda müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...