“TBC Kredit” vətəndaşın evini əlindən alır – Şikayət
Pia.az xəbər verir ki, “TBC Kredit” bank olmayan kredit təşkilatına vətəndaş Ağarzayev Elnur Akif oğlu evini banka girov qoyaraq, dollarla kredit götürüb.
Qeyd edək ki, Ağarzayev Elnur Akif oğlu ailəlidir, üç övladı var. Ölkədə məlum devalvasiyadan sonra vətəndaş kreditini bağlaya bilmədiyinə görə “TBC Kredit” bank olmayan təşkilat məhkəmə hökmü ilə vətəndaşın evini satışa çıxarıb. Halbuki, Məhkəmə qətnamə çıxarıb, kreditin ödənilməsini hissə-hissə həyata keçirmək mümkün imiş. Vətəndaşı üç uşaqla evsiz qoymaq nə hüquqa, nə də mənəviyyata sığır.
Görünən odur ki, qanunsuz məhkəmə qətnamələri və bankların vətəndaşlara qarşı qəddar əməlləri hələ də davam edir. Gəlin vətəndaşımızın evinin əlindən alınmamasına kömək edək. Bu qanunsuzluğa yox deyək!
Sabah bu ailə harada yaşayacaq, necə olacaq? İntihara sürükləyəkmi bir ailə başçısını?! Onu da qeyd edək ki, imkansız olan bu ailəyə kredit verən təşkilat borcunu dolların hazırkı məzənnəsi ilə tələb edib. Bizlər bankların bu qanunsuz hərəkətlərinə qarşı mübarizə aparmalıyıq!
“TBC Kredit” bank olmayan kredit təşkilatının xeyrinə vətəndaşı evindən çıxartması üçün Nizami Rayon məhkəməsinin qərarı ölkə vətəndaşına qarşı ən böyük zərbədir.
Pia.az 




Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...