Rəqsanənin qızından körpələr evindəki hadisə ilə bağlı daha bir qalmaqallı VİDEO
Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılovanın qızı Aysunla 1 saylı Körpələr Evinin baş həkimi Nəhayət Əliyeva arasında qalmaqal yaşanıb.
Unikal.org-un məlumatına görə, Aysun körpələr evinə gətirilən ərzaqların baş həkim tərəfindən evinə aparıldığını iddia edən videolar yayımlayıb.
Bunları təkzib edən N.Əliyeva Aysunun orada kirayədə qaldığını və onu məhkəməyə verəcəyini deyərək, yalan informasiya yaymaqda ittiham edib.
Aysun isə kirayədə qalması haqda sözlərə belə münasibət bildirib:
"Kirayədə qalmaq eyib deyil. Amma bura nənəmin halal pulla alınan evidir. Həmin videonun açıqlaması bu olmamalı idi, hər kəs sizdən başqa açıqlama gözləyir”.
Aysun daha sonra uşaq evi ilə bağlı başqa video paylaşıb və bunları qeyd edib:
"İlk açıqlamada dedilər ki, xəstəxanalara yardım üçün aparılır. İndi deyirlər ki, dəsmaldır, yuduzdurub gətirirk. Axı o videoda hamı açılmamış uşaq bezləri olduğunu görür. Bu da ikinci video. Bu da dəsmaldır? Gördüyünüz kimi maşınla bazarlıq gəlir, sonra isə sağa və sola baxaraq bazarlıq içəridən çıxarılır, maşınlara doldurulur”.


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək