Ötən il 37 min qadın abort etdirib - Məktəbli də var
Bu gün Respublika Perinatal Mərkəzdə Antenatal qulluğun təşkilinə dair konfrans keçirilib.Konfransda çıxış edən Respublika Perinatal Mərkəzinin direktoru, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, baş mama-ginekoloq Sevinc Məmmədova antenatal qulluq sahəsində statistik göstəriciləri açıqlayıb:
"Ağır vəziyyətdə mərkəzə daxil olmuş qadınların sonrakı vəziyyəti hər zaman müşahidə altında saxlanılır. Ümumiyyətlə, son bir ildə RPM-ə 7-yə yaxın bu cür xəstə daxil olub.
Ağırlaşmaların səbəbləri fərqlidi. Qadınlar əsas xəstəliklərini öz mamaginekoloqlarından gizlədir. Bu səbəbdən doğuşa az vaxt qalanda ağır vəziyyətdə xəstəxanaya daxil olurlar. Biz xəstəlikləri əvvəlcədən bilsək, vaxtında müdaxilə edə bilərik".
S. Məmmədova onu da bildirib ki, yaş artdıqca hamiləlik çətinləşir: "Yaş artdıqca qadınlarda xəstəliklər də artır. 25 yaşdan sonra artıq hamiləliklərdə müəyyən çətinliklər yaranmağa başlayır. Ən çox rast gəlinən xəstəliklər anemiyalar, böyrək və ürək problemləridir ki, yaş artdıqca özünü daha çox göstərir. Bunlar ilk risk qrupuna daxil olan xəstəliklərdir. Qadın risk qrupuna daxil olduqda vaxtaşırı müayinələrdən keçirilir. Bu müayinələr olmasa, ana və uşağın gələcəyi üçün problem yarana bilər.
S. Məmmədovanın sözlərinə görə, ötən il 37 min abort olunub: "Abort olunanların əsas yaş qrupu 18-25-dir, abortdan sonra isə fəsadlaşma halı qeydə alınmayıb. Məktəbli şagirdlərlə bağlı abort halı da yaşanıb. Bu nadirən olsa da qeydə alınıb, həmin say 9-12 arasında dəyişir. Təcavüzə məruz qalan 12-14 yaşlı uşaqların icazəli şəkildə doğuşu sonlandırmağa isə icazə verilir".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...