İcra başçısı saxta sənəd verdi: sahibkar 700 min ziyana düşdü - FOTO
Dünən axşam saatlarında Xətai rayonu M.Hadi küçəsində "Azərsu” əməkdaşları ilə sakinlər arasında insident baş verib.
İnsidentə səbəb qurumun əməkdaşlarının qeyd olunan ünvanda tikilən qeyri-yaşayış obyektini sökmək istəməsi olub. Məlum olub ki, obyektin altından böyük ölçülü su borusu keçir, buna görə də tikinti dərhal sökülməlidir.
Obyekt sahibi Cəlilov Əli Fəxrəddin oğlu isə tikinti üçün İcra Hakimiyyətinin sərəncam verdiyini və bütün aidiyyəti qurumlardan icazə aldığını bildirib: "İki ildir burada tikintiyə başlamışam. Hər dəfə bir qurum gəlib, tikintini dayandırıb, sökdürüb. Nə tələb olunubsa, onu etmişəm, nə sənəd istəyiblər düzəltmişəm. Axırda da İcra başçısının sərəncamını almışam. Bu iki il ərzində obyektə 700 min dollar pul xərcləmişik. Amma bu gün həmin obyekti 500 min manata satmaq mümkün deyil. Dövlət qurumlarının qanunsuz müdaxilələri bizim külli miqdarda pul itirməyimizə gətirib çıxarıb. Bütün orqanlardan razılıq alandan sonra indi gəlib "Azərsu” deyir ki, guya, bu obyektin altından böyük su borusu keçir. Ay qardaş, bunu mən hardan bilə bilərəm? Əgər belə bir şey olsaydı, FHN icazə verməzdi, icra başçısı Razim Məmmədov tikintiyə sərəncam imzalamazdı. İkinci, əgər belə bir hal var idisə, bu iki il ərzində niyə gəlib xəbərdar etməmisiniz? Gözləyirdiniz ki, mən bu qədər pul töküm sonra gəlib sökəsiz?”
Obyekt sahibi "Azərsu” əməkdaşlarından məhkəmə sənədi tələb edib. Lakin məlum olub ki, belə bir sənəd yoxdur.
"Tikintinin hansı əsasla söküldüyü və niyə məhkəmə qərarı olmadan həyata keçirilir” sualına - sökünütünü aparan "Azərsu” işçi qrupunun özünü təqdim etməyən rəhbəri "biz heç nə bilmirik, əmri icra edirik və başqa məlumat verə bilmərik" cavabını verib.
"Tikintiyə başlanan zaman niyə xəbərdarlıq etməmisiniz” sualına isə cavabı belə olub: "O bizim problem deyil".
Hazırda tikinti dayandırılıb, lakin obyekt sahibi söküntünün başlamasına icazə vermir...
bakipost



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...