Azərbaycan diasporunun rəhbəri “qrant yemək”də ittiham edilərək tutulub
Rusiyanın Moskva vilayətində fəaliyyət göstərən Azərbaycanlıların regional milli-mədəni muxtariyyətinin sədri Qalib Ağayev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Rusiya mətbuatına istinadən xəbər veririk ki, 2015-ci ildə Qalib Ağayev 600 min rubl (hazırkı məzənnə ilə təxminən 18 min manat – virtualaz.org) büdcə vəsaitini qrant kimi cəlb edərək, “Rusiya türkiyəli və azərbaycanlı məktəblilərin gözü ilə” layihəsini həyata keçirəcəyini bildirib. Həmin layihə çərçivəsində o, Rusiya Təhsil Nazirliyinin “Rus dünyası” fondunun ayırdığı pul hesabına Azərbaycandan və Türkiyədən məktəblilərin Rusiyaya dəvət edilməsini və yeniyetmə qonaqlara “Rusiya Qızıl Halqası”na daxil olan şəhərləri göstərməli idi.
Lakin mənbənin bildirdiyinə görə, bu vəsait ayrılsa da, layihə həyata keçirilməyib və Qalib Ağayev sözügedən pulları mənimsəyib. Onun barəsində Moskva vilayəti polisində “dələduzluq” maddəsi ilə cinayət işi başlanıb.
Bu günlərdə məhkəmənin qərarı ilə Qalib Ağayev ev dustaqlığına məhkum olunub.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...