SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Azərsu”nun önündə 20 Yanvar “faciəsi”ndən – Reportaj

“Azərsu”nun önündə 20 Yanvar “faciəsi”ndən – Reportaj

Tarix:

10-04-2018, 12:55

/ 4 329 dəfə oxundu.
“Azərsu”nun önündə 20 Yanvar “faciəsi”ndən – Reportaj

Bakının 20 Yanvar dairəsində hər gün nəqliyyatın faciəsi yaşanır. Bu fəlakətə son deyən yoxdur.
Basabas, tıxac, “Sədərək” bazarına müştəri daşıyan taksilərin və marşrut avtobuslarının zolaqlarını zəbt etməsi bu ərazidə dəhşətli vəziyyət yaradıb.
Avtobuslar və taksilər iki zolağı tutmaqla sürücülərə dar cığır saxlayırlar və gəl indi bu yoldan keçəsən. Üstəgəl, piyadaların da keçiddən istifadə etməməsi 20 Yanvarı xaosa çevirir.
Yol polis əməkdaşları nə həmin taksiləri ərazidən kənarlaşdırır, nə avtobusların dayanacağını tənzimləyir. Nəticədə “Azərsu” ASC-nin qabağından yuxarıya qədər hər gün tıxaclar, sıxlıq var.
Halbuki həm avtobusların, həm taksilərin oradan yığışdırılıb köhnə avtovağzalın boş qalan ərazisinə yönəltmək olar.
Köhnə avtovağzal massivi istifadəsizdir və oranı dayanacaq eləmək mümkündür. Amma “Azərsu”nun qarşısındakı çığır-bağır, qışqırtı deyəsən kimlərinsə xoşuna gəlir.
Sürücülərin “Binə”yə”, “Sədərək”ə müştəri qışqırıb çağırmasından qulaq tutulur. Taksi şoferləri isə deyirlər ki, onlar avtomobilləri burada saxlamağa görə yer pulu verirlər.
20 Yanvarın “Velotrek”ə çıxış istiqamətində taksilərin nisbətən yığışdırılıb metronun üstünə sıxışdırılmasına baxmayaraq, “Azərsu” çıxışında bunu demək olmaz.
Sürücülər isə gündəlik “haqq” verərək 2 zolağı zəbt edib maşınları saxlayırlar, hardan gəldi dönmə əməliyyatı edirlər. Ona görə də bu ərazidə dərəbəylik, xaos, tıxac var.
Sərnişinlər də, sürücülər də şikayətlənirlər ki, taksi şoferləri və avtobusların zolaqları “işğal” eləməsindən beziblər.
“Gül kimi köhnə avtovağzalın yeri var, hamısını aparıb yığsınlar ora da. Sərnişinlər üçün də uzaq deyil. Nə qədər bu yolda çərləmək olar? Nə avtobusların, nə taksilərin vecinədir. Heç kəsə yol vermirlər. Əgər sən gəlib zolağı zəbt edib qəza işığını yandırıb 5 dəqiqə marketə düşsən, “Qai” o saat başının üstünü kəsdirib ilişəcək”,-deyə şəhər sakini Vidadi Kamalzadə deyir. Və düz də deyir…20 Yanvarı yol “faciəsi”ndən xilas eləmək lazımdır…

AzEuroNews.com

Şərhlər

XƏBƏR LENTİ