Akkord seçkini boykot edib?
Aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərinin Abşeron Gənclər Şəhərciyinə aidiyyəti yoxdur. Sanki bura ayrı ölkənin ərazisidir. Bunu ANAXEBER.az saytına şəhərcikdə yaşayan sakinlər bildirib. Onların sözlərinə görə təbliğat və təşviqat kampaniyası başlayandan şəhərcikdə heç bir namizədin plakatına rast gəlinməyib. Ümumiyyətlə şəhərciyin ərazisində təbliğat matetiallarını yaymaq üçün lövhə belə quraşdırılmayıb. Sakinlər bunu şəhərciyə nəzarət edənlərin suçu hesab edir. "Bu şəhərcik "Akkord" şirkəti tərəfindən salınıb. Müxtəlif bəhanələrlə pul yığmaq üçün nəzarətçilər hər gün qapı döyür. Şəhərcikdə müxtəlif obyektlər inşa edir, artıq uşaqların oynamağa yerləri də qalmayıb. Amma seçki kimi ciddi siyasi prosesə önəm verilmir. Sanki seçkini boykot edirlər", - deyə sakinlər bildirib.
Sakinlər digər problemlər barədə də danışıblar. "Bir neçə il əvvəl qaz problemi var idi. Mətbuat bu barədə yazdı. Problem qismən həll olundu. Lakin yenə də qazsız qalan mənzillər var. Ümumiyyətlə burdan mənzil alanlar sonradan peşman olurlar. Əksəriyyət mənzillərini satışa çıxarıb. Amma alan yoxdur. Çünki artıq camaat başa düşüb bu gənclər şəhərciyində vaxtından əvvəl qocalacaqlar".
Məsələ ilə bağlı "Akkord" şirkətinin mövqeyini öyrənmək cəhdlərimiz baş tutmayıb.
ANAXEBER.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək