7 nəfərlik ailəni məhv edən qəzanın təfərrüatı: - “Bilmirik kimin qapısını döyək, kimə təsəlli verək...”
Lənkəranda bir ailənin 7 üzvünün öldüyü qəzanın təfərrüatı məlum olub.
Ləj kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, qəzada ölənlər yaxın qohumlarının evinə qonaq gedirmiş:
"Bunlar böyük bir nəsildir. Qəzada ölən Aslanov Fikrətlə Aslanov Namiq qardaşdırlar. Vəsmə Aslanova isə onların anasıdır. Mərziyyə Aslanova Fikrət Aslanovun həyat yoldaşıdır. Qəzada digər ikinci ailə isə Faiq Aslanov, onun onun 7 yaşlı oğlu Ülvi və anası Gülxanım Aslanovadır. Bunların hamısı bir maşında qohumlarının evinə qonaq gedirmişlər...
Böyük faciədir. Kənd ahalisi şokdadır. Bilmirik ki, kimin qapısını döyək, kimə təsəlli verək. Dəhşətdir! Dünən hamısı dəfn olundu...”.
Kənd sakinləri onu da bildirdilər ki, Namiq və Fikrət Aslanovların Natiq adlı bir qardaşları da şəhid olub və hazırda Ləj kənd məktəbi də elə Natiq Aslanovun adını daşıyır.
Qeyd edək ki, martın 31-də Lənkəranda ağır yol qəzası baş verib. Qəza nəticəsində rayonun Ləj kəndinin bir ailənin üzvü olan 7 sakini həlak olub.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək