Qorxmaz Hüseynovun Abşeronda seçki sobatajı: Vətəndaşlar narazı salınır
Abşeron rayonunda əhalinin ciddi narazılığına səbəb olan bir məsələ “Azərsu” ASC rəhbəri Qorxmaz Hüseynovun sonunu gətirə bilər.
Rayon sakinlərindən daxil olan məlumata görə, Abşeron rayon Sukanal İdarəsinin yarıtmaz fəaliyyəti sözgedən rayonda ciddi etiraza səbəb olub. Yaxın günlərdə problem həll olunmayacaqsa məsələnin siyasiləşəcəyi də mümkün ehtimallar arasındadır. Belə ki, sakinlər seçki günü məntəqələrə getməməklə öz etirazlarını ifadə etməyi düşünür. Əslində problemin həlli o qədərdə müşkül məsələ deyil. Sadəcə vətəndaşlarla hakimiyyət arasında çaşqınlıq yaratmaqdır. Bəs problem nədir?
Problem ondadır ki, bir müddət öncə Abşeron rayon Saray və Ceyranbatan ərazisindən keçən kanala çirkab və konalizasiya suları axıdılırdı. Amma indi həmin kanalların yenidən qurulması nəticəsində rayonun çirkab suları öz mənsəbini itirmiş olub. İndi həmin sular kanallara axıdılmır, əvəzində isə ətrafa axıdılan çirkab sular dəhşətli antisanitar vəziyyət yaradıb.
Məsələylə bağlı müvafiq dövlət qurumlarına müraciət etdiklərini bildirən sakinlərin sözlərinə görə həmin qurumlar məsuliyyəti bir-birinin üzərinə atmaqla məşğuldur: “Sukanal idarəsindən deyirlər ki, bu bizlik deyil, Melorasiya İdarəsinə gedin, ordan da başqa yerə göndərirlər. Heç bilmirik ki, dərdimizi kimə deyək? Odur ki, biz mətbuat vasitəsilə Qorxmaz Hüseynova səslənirik ki, ya problemimizi həll etsin, ya da ona sözün həqiqi mənasında sürpriz hazırlayacağıq”
Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq
Dosye.org


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...