Əfv nə vaxt olacaq? - Gözlənti
- 28-03-2018, 15:39
- 1 940
Bu barədə AzVision.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.
O bildirib ki, işlər hərtərəfli araşdırılmalıdır və bu, müəyyən müddət tələb edir: “Hazırda ərizələrə baxılması prosesi davam edir. Müraciətlər tam hazır olduqdan sonra komissiyanın iclasları keçirilir. Bu baxımdan proses davam etməkdədir”.
Komissiya üzvü qeyd edib ki, may ayında əfv sərəncamı ola bilər: “İstisna etmirəm ki, may ayında əfv sərəncamı ola bilər. Sözsüz ki, əfv sərəncamının nə zaman olacağı cənab prezident tərəfindən müəyyənləşdirilir”.
Qeyd edək ki, ümumilikdə indiyədək komissiyaya 1000-dək müraciət daxil olub və onlardan 500-nə baxılıb.