SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "MilliÖn" millətin cibinə necə girir? - Fırıldaqçılığın son həddi

"MilliÖn" millətin cibinə necə girir? - Fırıldaqçılığın son həddi

Tarix:

27-03-2018, 12:17

/ 2 851 dəfə oxundu.
"MilliÖn" millətin cibinə necə girir? - Fırıldaqçılığın son həddi

Elmlər Akademiyası metrostansiyasının qarşısındakı dayanacaqda quraşdırılan ödəmə terminalı uzun müddətdir ki, bərbad vəziyyətdədir.

Bu barədə Qaynarinfo-ya paytaxt sakini Asif Dəmirov məlumat verib. Onun sözlərinə görə, terminal vasitəsilə "BakıKart"a pul yüklədikdə çox zaman yüklənmə prosesi getmir və sonradan ödənişin bərpasını gerçəkləşdirmək də olmur:

"Artıq neçənci dəfədir ki, "MilliÖn"ün fırıldaqçılığı ilə üzləşirəm. "BakıKart"ı aparata qoyub pul yüklədikdən sonra çek verilir, amma marşruta minərkən məlum olur ki, pul balansa köçməyib. Dünən mən də daxil olmaqla Elmlər Akademiyası metrostansiyasının qarşısındakı dayanacaqda quraşdırılan "MilliÖn" ödəmə terminalı vətəndaşların 10-12 manata yaxın pulunu mənimsədi. Çoxları balansın bərpası əməliyyatını bilmir və sonradan 1 manata görə şirkətə də müraciət etmir. Gecikirdim deyə stansiyanın içərisində yenidən 5 manat yüklədim. Qayıdanda aparatın işlədiyini görüb balansı bərpa etməyə çalışdım, amma bərpa prosesi baş tutduğu qeyd olunsa da, itən məbləğ geri qayıtmadı. Yəni, qəbzdə 5,05 AZN deyil, 6,05 AZN olmalı idi. Şirkətə müraciət edəndə deyirlər ki, şəxsiyyət vəsiqənizlə ofisimizə yaxınlaşın, probleminizi həll edək. Mənim şirkətə gedib qayıtmağım elə 1 manatdan baha başa gələcək. Bu, problemin həllidirmi?!".

Məsələ ilə bağlı sosial şəbəkədə də etiraz edənlərin sayı artıb. Əliş Əhmədov adlı istifadəçi Memar Əcəmi dairəsindəki ödəmə terminalının 50 qəpiyi 20 qəpik kimi qəbul etdiyini və dəfələrlə pulunun mənimsənildiyini qeyd edib. Digər bir istifadəçi isə bu vaxta qədər "MilliÖn" vasitəsilə karta pul yükləyərkən 12 manata yaxın pul itirdiyini yazıb.

Şikayətlərlə əlaqədar "MilliÖn" şirkəti ilə əlaqə saxladıq. Şirkətdən bildirildi ki, hazırda sözügedən terminal işlək vəziyyətdədir və gün ərzində paytaxtda quraşdırılan bütün terminallar yoxlanılır:

"Bəzən belə problemlər yaşana bilir. Ona görə vətəndaşlarımız səbrli olmalı və proses başa çatdıqdan sonra qəbzi götürməlidirlər. Belə problemlər ortaya çıxdıqda pul mənimsənilmir, sadəcə sonradan kartı qoyub balansı bərpa etmə əməliyyatını yerinə yetirmək lazımdır. Bu da hər zaman mümkündür. Yox, əgər kart bloka düşübsə, "BakıKart" terminallarında 20 qəpik yüklədikdən sonra 24 saat müddətində aktiv olur".
"MilliÖn" millətin cibinə necə girir? - Fırıldaqçılığın son həddi
"MilliÖn" millətin cibinə necə girir? - Fırıldaqçılığın son həddi

Şərhlər

XƏBƏR LENTİ