Prezident xəstəxanaya yerləşdirilən türkiyəli deputatla şəxsən maraqlanıb
- 16-03-2018, 16:58
- 1 345
Musavat.com bununla bağlı mötəbər mənbələrə istinadən xəbər verir. Məlumata görə, ölkə rəhbərinin müvafiq göstərişlərindən sonra Baş katib Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib və operativ müayinələrdən sonra tıxanmış damar açılıb, stend qoyulub. Odur ki, türkiyəli deputatın durumunun daha da kritikləşməsinin qarşısı alınıb.
Musavat.com-a o da bəlli olub ki, deputatın həyat yoldaşı da onunla birlikdə Bakıda, Forumda olub. Həyat yoldaşı dövlətimizin başçısının həssas yanaşmasına və həkimlərin peşəkaralığına görə Forumun təşkilatçılarına minnətdarlıq edib. Bildirib ki, əgər eyni vəziyyət tədbirin gedişi zamanı yox, ondan əvvəl və ya sonra yaransaydı, fəlakətli hadisə olardı. Deputatın həyat yoldaşı Azərbaycan səhiyyəsinə yüksək etimadını da ifadə edib.