SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “KAT” MTK-nın “yaşayış şəhərciyi”nin sakinləri “Azərsu”dan Prezidentə şikayət edir – MÜRACİƏT

“KAT” MTK-nın “yaşayış şəhərciyi”nin sakinləri “Azərsu”dan Prezidentə şikayət edir – MÜRACİƏT

Tarix:

15-03-2018, 11:21

/ 1 266 dəfə oxundu.
“KAT” MTK-nın “yaşayış şəhərciyi”nin sakinləri “Azərsu”dan Prezidentə şikayət edir – MÜRACİƏT

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

surəti: Qafqaz Xəbər Agentliyinin redaksiyasına

“KAT” Mənzil-Tikinti Kooperativinin Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov 11 ünvanında yerləşən “yaşayış şəhərciyi”nin 10 ədəd binasında yaşayan sakinləri tərəfdən

M Ü R A C İ Ə T

Hörmətli Prezident,

Sizin apardığınız məqsədyönlü islahatlar və vaxtaşırı tapşırıqlarınız sayəsində ölkəmizdə inşa edilən yeni tip yaşayış komplekslərinin sayı artmaqda davam edir və insanların yaşayış şəraitləri günbəgün yaxşılaşmaqdadır. Xüsusən də, istifadəyə verilmiş binaların müasir texniki avadanlıqlarla təmin olunması tələbləri, o cümlədən mənzillərdə sayğacların təxirəsalınmadan quraşdırılması ilə bağlı görülən tədbirlər təqdirə layiqdir və sosial baxımdan vətəndaşların maraqlarını kəsb edir. Lakin, təəssüflər olsun ki, bu işə cavabdehlik daşıyan bəzi məmurların səhlənkarlığı və səlahiyyətlərindən sui-istifadəyə yol verməsi nəticəsində bu işlər günün tələbləri səviyyəsində yerinə yetirilmir.
“KAT” Mənzil-Tikinti Kooperativi Bakı şəhəri Xətai rayonu S.Vəzirov küçəsi 11 ünvanında yerləşən “yaşayış şəhərciyində” (Mənzil-Kommunal İstismar Sahəsi) 1998-ci ildən 10 ədəd hündürmərtəbəli yaşayış binaları inşa etməyə başlamış və sonuncu binanın 2006-cı ildə başa çatdırmışdır.
“KAT” Mənzil-Tikinti Kooperativinin 1998-ci ildə Abşeron Su Kanal İdarəsi ilə bağlamış olduğu müqavilə əsasında “Yaşayış şəhərciyi”nin bütün binaları su ilə təmin olunub və sayğaclar quraşdırılıb. “KAT” Mənzil-Kommunal İstismar Sahəsi fəaliyyətə başladığı vaxtdan su sərfiyyatı haqqı “KAT” MTK tərəfindən tam ödənilib. Hal-hazıra kimi yaşayış binalardakı bütün mənzillərin hər birində mexaniki sayğaclar quraşdırılıb, lakin “kodlaşdırma” əməliyyatı həyata keçirilməyib.
“Azərsu” ASC-nin Xətai Su Departamentinin nümayəndələri ünvanda yaşayan sakinlərin ümumi orta su sərfiyyatını 1500 (min beş yüz) kub/metr müəyyən etmişlər. Bu sərfiyyata uyğun hər ay “Azərsu” ASC-dən ƏDV ilə birlikdə 580 (beş yüz səkən) manat məbləğində Vergi Hesab Fakturası təqdim edilib və bu məbləğ uzun müddət tərəfimizdən ödənilib.
2013-cü ilin yanvar ayından Xətai Su Kanal İdarəsinin əməkdaşları aidiyyəti şəxslərə xəbərdarlıq etmədən və səbəbini bildirmədən “yaşayış şəhərciyi”nin orta su sərfiyyatını heç bir əsas olmadan yüksəldərək 3100 kub/metr olaraq təyin etmişlər. Məsələni araşdırmaq məqsədi ilə “Azərsu” ASC-də dəfələrlə olsaq da, heç bir nəticə əldə etmək mümkün olmamışdır. Məsələ bundadır ki, tələb olunan məbləğ sakinlərdən toplanmalıdır. Lakin məbləğin artırılmasını əsaslandırıb izah edən və ödənilmiş məbləğin qəbzi verilmədiyi üçün şübhələnməyə əsas verir ki, Xətai su kanalı idarəsi öz tərəfindən məbləği yüksəltmişdir.
Respublikada su istifadəsinə görə sayğaclar kodlaşdırılıb ödəniş kart sisteminə keçdiyi bir dövrdə, mərkəzdə yerləşən 264 mənzildə yeni sayğacların quraşdırılması kimlərinsə marağı naminə qəsdən ləngidilir.
2011-ci ildən bu günə kimi “Azərsu” ASC-nə rəhbərliyinə, birbaşa sədr Qorxmaz Hüseynova dəfələrlə müraciət etmişik, lakin bizə bildirilib ki, “KAT” MTK bu sayğacları öz hesabına quraşdırmalıdır. “Azərsu” ASC-nin məmurları bizdən şişirdilmiş məbləğdə pul tələb edirlər. Binaların sakinlərindən 22.000 (iyirmi iki min) manat məbləğində pul toplanaraq “Azərsu” ASC-nə verildisə də heç bir yenilik olmadı.
Xətai rayon Su-kanal idarəsinin rəhbərliyindən su sərfiyyatı ödənişlərini fərdi qaydada həyata keçirmək üçün sayğacların quraşdırılması xahiş olunsa da, hər dəfə müxtəlif bəhanələrlə imtina edirlər. Bu da ölkəmizin iqtisadiyyatına zərbə kimi qiymətləndirilməlidir. İdarənin kommersiya şöbəsinin müdiri Nicat Həşimovun qəbulunda olan nümayəndəmizə “Mən belə deyirəm”, “Qorxmaz Hüseynovun qohumuyam”, “Get kimə şikayət edirsən, et” kimi kobud ifadələrlə yola salır.

Hörmətli Prezident,

264 ailənin – 1.000 nəfərə yaxın sakinlərin yaşadıqları binaların mənzillərinin sayğaclaşdırılması və kodlaşdırılması barədə tədbir görülməsinə göstəriş vermənizi Sizdən xahiş edirik

Hörmətlə, sakinlər:

Şərhlər

XƏBƏR LENTİ