Nazir vəzifəli şəxsləri cəzalandırdı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci ilə dair fəaliyyətinin yekunlarına və Fondun qarşısında duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 2017-ci ildə görülən işlər barədə geniş məlumat verib. Dövlət Sosial Müdafiə Fondunun direktoru Zakir Babayev hesabat məruzəsi ilə çıxış edib.
İclasda 2017-ci ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülmüş işlərin yekunları ətraflı müzakirə edilib. Müsbət nəticələrlə yanaşı, əhaliyə xidmət sahəsində yol verilmiş nöqsan və çatışmazlıqlardan da bəhs olunub, fəaliyyətini düzgün qurmayan vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün qərarlar qəbul olunub, fəaliyyət sahələrinə dair müvafiq tapşırıqlar verilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...