SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Yasamal RİH və “Rahatlığın Məkanı” camaatın rahatlığını pozub – Reportaj

Yasamal RİH və “Rahatlığın Məkanı” camaatın rahatlığını pozub – Reportaj

Tarix:

4-03-2018, 19:16

/ 3 244 dəfə oxundu.
Yasamal RİH və “Rahatlığın Məkanı” camaatın rahatlığını pozub – Reportaj

Əziz Əzizov paytaxtın Yasamal rayonuna icra başçısı təyin olunmasının 100 günü tamam olmamış, gözünə boş görünən yerləri satmağa başlayıb. Onun Cəlilabaddan Yasamala gəlməsi şəhər sakinlərinin rahatlığını pozub.
► Binanın qarşısı kəsilib, havasızlıq olacaq…

Söhbət Yeni Yasamal massivi, Z.Bünyadzadə küçəsində yaşayış binasının düz qarşısında tikinti aparılmasından gedir. Sifarişçi Gündüz Mustafalı tərəfindən inşa olunan tikinti yaşayış binasının qabağını kəsib.
Layihəçi “Arxin – M” LTD və podratçı “Rahatlığın Məkanı” MMC tərəfindən başlanmış tikinti bu il fevralın 9-da bitməliydi. Ancaq ötən ilin noyabrından start götürən tikinti işləri hələ də davam etməkdədir.
Sakinlərin sözlərinə görə, tikintiyə Yasamal Rayon İcra Hakimiyyəti icazə verib. Nəticədə yaşayış binasının önü zəbt olunub.
Sakinlər deyirlər ki, “Rahatlığın Məkanı” MMC onların rahatlığını pozub: “Harda görünüb ki, yaşayış binasının qarşısını kəsib bina qaldırasan?
Bu, tikinti normativlərinə ziddir. İkincisi, havanın qarşısını alır, yayda istidən boğulacağıq. Üçüncüsü, binaya girişi məhdudlaşdırır.
Ona görə hansısa hadisə baş versə yanğınsöndürənlər içəri girə bilməyəcəklər. Yasamal icra hakimiyyəti yolun üstündə boş yerləri sata-sata gedir. Bu qanunsuz tikinti işləridir”.
Sakinlər bildirirlər ki, tikinti dayandırılmalıdır: “Belə özbaşınalıq olarmı? Binanın qabağını götür sat, bizim havamızı, nəfəsimizi kəs, yayda havasızlıqdan burda boğulaq”.
► Şirkətin müəmmalı mesajı: “Aldanmayın!”

İnternetdə axtarış zamanı “Rahatlığın Məkanı” MMC-nin şəhərin müxtəlif yerlərində binalar tikməsi haqda məlumatlarla qarşılaşdıq. Şirkət bir müddət əvvəl Feysbuk səhifəsində elan verib ki, yalnız “Rahatlığın Məkanı” MMC adı altında fəaliyyət göstərir və heç bir filialı yoxdur!
Sitat: “İllər ərzində tikinti sektorunda əldə etdiyimiz uğurlu nailiyyətlərimiz ilə qazandığımız bu adı digər qrup və müəssisələr tərəfindən sui istifadə edilərək, bizim adımızdan evlərin satışını həyata keçirirlər. Bunları nəzərə alıb ötürülən yanlış informasiyalara aldanmamağınızı xahiş edirik”.
Belə çıxır ki, tikinti sektorunda oxşar adda hansısa firmalar meydana çıxıb və eyni ünvandan bir mənzili bir neçə nəfərə satırlar.
Bu isə paytaxtda tikinti mafiyasının köhnə cinayətləridir. Şəhərdə onlarla belə fırıldaqçı firmalar olub. Bəzilərinin rəhbərləri həbs edilib, bəziləri aradan çıxıblar, payçıları pulu batıb.
Odur ki, “Rahatlığın Məkanı” MMC barəsində də birmənalı məlumatlar yoxdur və insanlar üçün etibarlı tikinti şirkəti hesab edilmir.
Görünür ki, sözügedən MMC “Rahatlığın Məkanı Gold” firmasına eyham vurmaq istəyib və onu ittiham edib.
Belə ki, ötən il “RAHATLIĞIN MƏKANI-GOLD” və bir sıra tikinti firmalarının işi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Bütün bunlarla belə, Yeni Yasamaldakı binanın qabağını zəbt edərək tikinti aparan şirkətdən sakinlər narazılıq edirlər. Yasamal RİH və şirkətin mövqeyini dərc etməyə hazırıq.
Yasamal RİH və “Rahatlığın Məkanı” camaatın rahatlığını pozub – Reportaj
Yasamal RİH və “Rahatlığın Məkanı” camaatın rahatlığını pozub – Reportaj
Yasamal RİH və “Rahatlığın Məkanı” camaatın rahatlığını pozub – Reportaj
Yasamal RİH və “Rahatlığın Məkanı” camaatın rahatlığını pozub – Reportaj

Şərhlər

XƏBƏR LENTİ