SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Biz yaşaya-yaşaya evi başqasına satıblar" - ŞİKAYƏT

"Biz yaşaya-yaşaya evi başqasına satıblar" - ŞİKAYƏT

Tarix:

28-02-2018, 17:22

/ 1 150 dəfə oxundu.
"Biz yaşaya-yaşaya evi başqasına satıblar" - ŞİKAYƏT

Salyan rayon sakini Ərifə Orucova qanunsuz olaraq evindən çıxarılır. Onu evindən çıxaran şəxs isə Salyan rayonunda müəllim işləyir.

Bununla bağlı redaksiyamıza müraciət edən Ərifə Orucova çox çarəsiz olduğunu vurğulayıb:

“Qızım Münəvvər Orucova birinci qrup əlilidir. Anadangəlmə ağır xəstəlikdən əziyyət çəkir. Xəstə olduğu üçün Yoldaşım 7 ildir rəhmətə gedib. Sosial durumumuz çox ağır və acınacaqlıdır. 1987-ci ildən idarəyə məxsus evdə yaşayırıq. Həmin evin 3 sot torpağı var. Neçə ildir o evə sənəd ala bilmirəm. Biz yaşaya-yaşaya evi başqasına satıblar. Bununla bağlı Salyan rayon İcra Hakimiyyətinə müraciət etmişəm. İcra hakimiyyətindən mənə məhkəməyə müraciət etməyimi söylədilər. Məhkəməyə getmək üçün maddi imkanım yoxdur. Həm də bilirəm ki, torpağı qanunsuz alan şəxsin arxalı insandır. Çox çarəsizəm. Xahiş edirəm mənə kömək edin. Vəziyyətimiz çox ağırdır. Qızımın 140 manat pensiyası ilə dolanırıq. Qızımın dərmanlarını ala bilmirəm. Nə valideynlərim var nədəki bacı-qardaşım. Yoldaşım öləndən çarəsiz qalmışam. Qızım xəstə olduğundan işləyə bilmirəm. Qızımın xəstəliyi, maddi durumumuzun ağır olmasının üzərinə birdə evsiz qala bilərəm. Evimin alan şəxs Bakıda binadan yıxılıb ölüb. İndi də qardaşı çıxıb ortaya. Deyir ki, evi guya o alıb. Demək olar ki, hər gün hədələyir. Xəstə qızımla birlikdə çöldə qalmaqdan qorxuram. Bir oğlum var onun da maddi durumu ağırdı. Ailəsinə ancaq baxa bilir. İmkanlı şəxslərdən və aidiyyəti qurumlardan xahiş edirəm ki, mənə kömək etsinlər. Onsuz da evim yaşamaq üçün yarasızdır. Amma nə olsun, heç olmasa sığındığım evim var. Onu da alsalar əlimdən xəstə qızımla neyləyərəm mən. Məni evimdən çıxarmaq istəyən Əli Əzizov müəllimdir. Salyan rayonunda yerləşən orta məktəbdə işləyir. Hər gün gəlib məni evimdən çıxmağımı, artıq evin ona aid olduğunu söyləyir. Kimə müraciət edim bilmirəm. Son ümid kimi mətbuatı seçdim”.

big.az
"Biz yaşaya-yaşaya evi başqasına satıblar" - ŞİKAYƏT
"Biz yaşaya-yaşaya evi başqasına satıblar" - ŞİKAYƏT

Şərhlər

XƏBƏR LENTİ