Rövnəq Abdullayev zavoda baş çəkdi
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və şirkətin vitse-prezidentləri SOCAR-ın Sumqayıtda yerləşən müəssisələrində olublar.
R. Abdullayev Karbamid zavodunda aparılan tikinti işləri ilə maraqlanıb. SOCAR-ın rəsmiləri zavodun ərazisini gəzib, Mərkəzi İdarəetmə Sistemi ilə tanış olub, karbamid saxlanılacaq anbarlara baxış keçirib, mütəxəssislərlə görüşüblər.
Sonra SOCAR Polymer müəssisəsində istehsalatın müxtəlif zonaları və tikinti- tamamlanma işlərinin gedişi ilə tanışlıq olub.
Daha sonra SOCAR-ın rəsmiləri “Azərikimya” İB-nin Etilen-polietilen zavoduna gəliblər. Burada aparılan işlərin gedişi və yeni qurğuların tikintisi ilə maraqlanan R.Abdullayevə məlumat verilib ki, hazırda “Azərikimya” İB-də texnoloji qurğuların modernləşdirilməsi, yeni qurğuların və yardımçı sahələrin inşası davam etdirilir.
SOCAR-ın prezidenti Sumqayıt şəhərindəki cüdo idman zalında aparılan əsaslı təmir işləri ilə də tanış olub.
Sonda “Azərikimya” İB-nin baş ofisindəki konfrans zalında vitse-prezidentlərin, SOCAR Polymer və Karbamid zavodlarının, həmçinin Birliyin nümayəndələrinin iştirakı ilə geniş müşavirə keçirilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...