18 günlük uşağı məhkəmədə qoyub getdi
Bakı Ağır Cinayətlər Məhkəməsində öz işçilərinə qarşı dələduzluq edərək 264 min manat mənimsəməkdə təqsirləndirilən "Zaman Press" qəzetinin baş redaktoru Gündüz Hüseynovun məhkəməsi keçirilib.
Hakim Eldar İsmayılovun icraatında olan prosesdə zərərçəkmiş Bayram İsmayılovun oğlu Xəyyam İsmayılov ifadə verib. O deyib ki, mərhum atası jurnalistlərin binasından ev almaq üçün Gündüz Hüdeynova 14500 manat verib: "Mən də əlavə olaraq notarius vasitəsilə 18500 manat verdim".
X.İsmayılov deyib ki, zərərçəkən Xalidə İsmayılovadan alınan 42 min manatdan ona heç bir pul çatmayıb.
Məhkəmədə bildirilib ki, müğənni olan X.İsmayılova da "Zaman Press"dən jurnalist vəsiqəsi alıb.
O deyib ki, həvəsli olduğu üçün həftədə bir dəfə gedib yazılarda hərf səhvlərini düzəldib".
Bundan sonra iclasda qarışıqlıq yaranıb. Belə ki, X.İsmayılovun arvadı Yeganə İsmayılova məhkəmə zalına daxil olaraq məktubunun qəbul edilməyəcəyi təqdirdə 18 günlük uşağını orada qoyaraq gedəcəyini bildirib. Hakim bunun məhkəməyə təzyiq və müdaxilə olduğunu bildirib. Y. İsmayılova isə körpəni oturacağın üstünə qoyaraq zalı tərk edib.
Məhkəmə nəzarətçilərinin tələbi ilə Y.İsmayılova geri qayıdaraq uşağı götürüb və ağlayaraq məhkəmədən çıxıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...