SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Azərbaycanda çörəklə bağlı qorxunc reallıq: - Milyonlarla ton israf çörək bizə belə yedizdirilir

Azərbaycanda çörəklə bağlı qorxunc reallıq: - Milyonlarla ton israf çörək bizə belə yedizdirilir

Tarix:

24-02-2018, 12:16

/ 1 826 dəfə oxundu.
Azərbaycanda çörəklə bağlı qorxunc reallıq: - Milyonlarla ton israf çörək bizə belə yedizdirilir

2016-cı ildə Azərbaycanda 1 milyon 210 min ton çörək və çörək-bulka məmulatları istehsal olunub. Bu isə 2015-ci ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə 12 min ton çoxdur. Çörək-bulka məhsullarının pərakəndə satışı isə 2016-cı ildə 4,57 faiz və yaxud 55 min 297 ton təşkil edib.

Əldə olunan rəqəmlərin müqayisəli təhlili göstərir ki, 2016-ci ildə Azərbaycanda 95.43 faiz və yaxud 1 milyon 154 min 703 ton çörək-bulka məhsulları israf olunub.

Məlumatı Cebhe.info-nun sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsi verib.

Komitə son 11 ildə Azərbaycanda istehsal olunan çörək və çörək-bulka məmulatlarının istehsal həcmini də açıqlayıb.

“2005-ci ildə 985.5 min ton, 2006-cı ildə 1 128 min ton, 2007-ci ildə 1 173 min ton, 2008-ci ildə 1 185 min ton, 2009-cu ildə 1 194 min ton, 2010-cu ildə1 162 min ton, 2011-ci ildə 1 166 min ton, 2012-ci ildə 1 169 min ton, 2013-cü ildə 1 181 min ton, 2014-cü ildə 1 186 min ton, 2015-ci ildə 1 198 min ton, 2016-cı ildə 1 210 min ton çörək və çörək-bulka məmulatları istehsal olunub”.

Statistika Komitəsinin təqdim etdiyi kimi ümumi istehsalda artım baş versə də, istehlakda illər üzrə azalma müşahidə olunur.

İstehlak olunan çörəyin miqdarına gəlincə, Komitədən bildirilib ki, pərakəndə ticarət dövriyyəsinin müşahidəsi Məhsul Növlərinin Təsnifatı əsasında aparılır:

“Çörəyin satışı məhsul kodu 47.00.16.00 olan “Çörək-bulka məhsullarının pərakəndə satışı” məhsul növünün tərkibində uçota alınır. Ərzaq və qeyri-ərzaq məhsullarının pərakəndə ticarət dövriyyəsində məhsulların xüsusi çəkisi faizlə hesablanır”.

Çörək-bulka məhsullarının pərakəndə ticarət dövriyyəsinə dair göstəricilər aşağıdakı kimidir:

“Çörək-bulka məhsullarının pərakəndə satışı 2005-ci ildə 7,64 faiz, 2006-cı ildə 6,64 faiz, 2007-ci ildə 6,55 faiz, 2008-ci ildə 6,88 faiz, 2009-cu ildə 6,31 faiz, 2010-cu ildə 5,74 faiz, 2011-ci ildə 5,62 faiz, 2012-ci ildə 5,47 faiz, 2013-cü ildə 5,48 faiz, 2014-cü ildə 5,31 faiz, 2015-ci ildə 4,79 faiz, 2016-cı ildə 4,57 faiz təşkil edib”.

Statistika Komitəsi onu da qeyd edib ki, 2017-ci il üzrə ölkədə satılan çörək-bulka məhsullarının həcminə dair statistik məlumatları isə mart ayının sonunda hazır olacaq.

Cəbhə.info-nun əldə etdiyi məlumatlara görə, israf olunmuş un məhsullarının xeyli hissəsi sonradan çörək istehsalı müəssisələrində təkrara istehsala yönəldilir və istehlakçılara tərkibi təhlükəli olan məhsullar satılır.

Əgər istehsal norması istehlak olunan çörək və digər un məhsullarına olan tələbatdan 20 dəfədən artıqdırsa, o halda Azərbaycanda un və un məhsullarının qiymətinin yüksək olmasının heç bir iqtisadi əsası yoxdur.

Şərhlər

XƏBƏR LENTİ