SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Şəkili sahibkarı kimlər narazı salır? - Müraciət

Şəkili sahibkarı kimlər narazı salır? - Müraciət

Tarix:

22-02-2018, 09:35

/ 1 362 dəfə oxundu.
Şəkili sahibkarı kimlər narazı salır? - Müraciət

Azərbaycan Respublikasının prezidenti cənab İ.Əliyevə,
Azərbaycan Respublikasının I vitse prezidenti M.Əliyevaya,
Azərbaycan Respublikasının Energetika nazirinə,
Azərenerji ASC-nin sədri cənab E.Priverdiyevə,
"Azərişıq" ASC -nin sədri cənab Baba Rzayevə,
Ombudsman Aparatının sədri xanım E.Süleymanovaya
Şəki rayonu, Baş Şabalıd kənd sakini Məmmədsoy İsrafil Əhmədiyə oğlu
tərəfindən
ŞİKAYƏT
Mən sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün Şəki rayonun Oxud kənd ərzisində çıxarışla əldə etdiyim 0,20 ha torpaq sahəsində mövcud qayda və qanunvericiliyə uyğun bir xidmət obyekti tikmişəm. Və çox təəssüfləndirici haldır ki, mən bu obyekti elektrik təchizatı olmadığına görə işlədə bilmirəm.

Obyektin elektrik enerjisilə təmin edilməsi üçün lazım olan texniki şərtin alınması üçün 2015-ci ildən Şəki Elektrik şəbəkəsinə müraciət etmişəm. Şəbəkədən mənə elə nağıllar uyduraraq danıdılar ki, heç ağlabat deyildir. Mən də onlara izah etdim ki, adi bir kommersiya obyekti üçün dövlət büdcəsinə olsa olsa 400-500 manat rüsum ödəyə bilərəm – qanunvericiliyin tələblərinə uyğun olaraq. Mənimlə razılaşmadılar. 2000-3000 AZN pulun ödənilməsindən dəm vurdular. Guya dövlət bunu tələb edir. Axı biz də azda olsa dünyagörüşə sahib adamıq. Elə ona görə də tələb olunan dədlərinin qiyməti kimi mənə diqtə etdikləri “rüsumu” ödəyə bilmədiyimə görə hələ də texniki şərt ala bilməmişəm.

Odur ki, cənab Energetika nazirdən xahiş edirəm ki, əvvəlcə mənim məsləmə aydınlıq gətirsin görək rayon ərazisində 20 kv m sahəsi olan balaca bir kafe üçün texniki şərtin alınması üçün dövlət bizdən nə qədər rüsum ödəməyi tələb edir? Bu suala aydınlıq gətirildikdən sonra mən tələb olunan dövlət rüsumunu dərhal ödəməyə hazıram. Amma şeytanların da, inkir-minkirin də baş aça bilmədiyi Şəkinin aidiyyatı yerli məmurlarının tələb etdiklərini heç vaxt ciddiliyə ala bilmərəm.

Cənab Prezidentdən də xahişim budur ki, rayonlrın sosial inkişafı üçün keçirdiyi islahatların, dövlət proqramlarının icrası zamanı aidiyyatı yerli məmurlar biz xırda sahibkarların düşdüyü çətin vəziyyəti nəzərə alaraq dədlərinin yox, məhz dövlətin tələb etdiyi rüsumları bizdən tələb etmələrinə göstəriş verəsiniz.


Dərin hörmətlə, İ.Ə.Məmmədsoy (mob. 070-2492522)
21.02.18.

Bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

xalqxeber.az

Şərhlər

XƏBƏR LENTİ