SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Azərsu”nun 9 nəfərlik yoxlama qrupu əhaliyə divan tutur - Şikayət

“Azərsu”nun 9 nəfərlik yoxlama qrupu əhaliyə divan tutur - Şikayət

Tarix:

8-02-2018, 14:37

/ 1 760 dəfə oxundu.
“Azərsu”nun 9 nəfərlik yoxlama qrupu əhaliyə divan tutur - Şikayət

Son illər dövlət büdcəsindən ən çox vəsait alan qurumlardan biri də "Azərsu” ASC-dir. Hakimiyyətin kommunal problemləri həll etmək üçün ayırdığı milyardlarla manat vəsaitə baxmayaraq paytaxt Bakıda içməli su problemi qalmaqda davam edir

Məsələn, "Azərsu”nun həyata keçirdiyi ən böyük layihələrdən biri Oğuz-Qəbələ-Bakı su kəməri olub.

Layihənin əsas məqsədi Oğuz-Qəbələ ərazisindəki yeraltı su ehtiyatlarından istifadə etməklə Bakı şəhərinə saniyədə 5 kubmetr həcmində içməli suyun nəql olunması, əhaliyə yüksək keyfiyyətli suyun çatdırılması və Bakı şəhərinin içməli su təchizatının etibarlı və dayanıqlı olmasını təmin etmək idi. Oğuz-Qəbələ-Bakı su kəməri layihəsi üzrə Azərbaycan Respublikası Dövlət Neft Fondundan ümumilikdə 779,6 mln. manat vəsait ayrılmış və 2010-cu ilin 28 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Oğuz-Qəbələ-Bakı su kəməri istismara verilmişdir. O zamanın valyuta kursu ilə təxminən 1 milyard dollar vəsait sərf olunan layihənin icrasında ciddi korrupsiya iddiaları zaman-zaman səsləndirilib.

Qeyd edək ki, dövlət başçısı bir-neçə dəfə əhali və qeyri-əhali qruplarının su borclarının silinməsi ilə bağlı müvafiq sərəncamlar versə də "Azərsu”nun bu borcları əhalidən tələb etməsi ilə bağlı zaman-zaman şikayətlər edilir.

Habelə Səhmdar Cəmiyyətin əməkdaşları iş adamları üçün əsl başağrısına çevriliblər. Tendensiya.com-a daxil olan şikayətlərdə bildirilir ki, "Azərsu”nun 9 nəfərdən ibarət "maskalıları” icazəsiz obyektlərə hücum edərək, su saygaclarını götürüb aparırlar. Əsl həngamə bundan sonra başlayır. "Maskalılar” kəsib götürdüyü saygacları baş idarəyə – laboratoriyaya göndərilir. Bir müddət sonra laboratoriya "təsdiq” edir ki, bu obyektib 10 min manat borcu var. Guya indiyə kimi həmin sayğacda nasazlıq varmış və s.

İş adamları "Azərsu”nun burda sadə bir məqsəd güddüyünü bildirirlər: Yalandan müvafiq dövlət qurumlarına hesabat verib, guya əhalinin xeyli məbləğdə borcu var. Və həmin borcu bir müddət sonra iş adamlarından tələb etməyə başlayırlar. Əks təqdirdə obyektlərə suyuin verilməsi dayandırılır.

Maraqlıdır ki, Prezident İlham Əliyev tərəfindən 2015-ci ildə dayandırılmış yoxlamalara "Azərsu”nun 9 nəfərlik yoxlama qrupu hansı əsasla obyektlər təftiş etməsi nəyə xidmət edir? İş adamlarının insafsızcasına cərimə edilməsi hakimiyyətin iqtisadi sektorda apardığı islahatları sabotaj etmək deyilmi?

"Azərsu”ya ayrılan yüz milyonlarla dollar kreditin təyinatı üzrə xərclənmədiyini əsas gətirərək, obyekt sahibinə yazılan borcların kreditlərin ödənilməsinə də yönəltdiyi də iddia edilir.

Şərhlər

XƏBƏR LENTİ