XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Dövlət Xidməti qadağa qoyub, Gömrük Komitəsi isə əməl etmir

Dövlət Xidməti qadağa qoyub, Gömrük Komitəsi isə əməl etmir

Dövlət Xidməti qadağa qoyub, Gömrük Komitəsi isə əməl etmir
1-02-2018, 13:16

İranda "quş qripi”nə görə ilin əvvəlindən (martın 21-dən) indiyədək 21 milyon toyuq məhv edilib. Bunu İranın Baytarlıq İdarəsinin rəhbəri Əlirza Rafiipur deyib. Ə.Rafiipur qeyd edib ki, bu günə qədər 421 mərkəzdə "quş qripi” virusu aşkarlanıb.
Təhlükənin yaxınımızda olduğunu nəzərə alsaq, bəs İrandan Azərbaycana gətirilən quş və quşçuluq məhsulları barədə hansı tədbirlər görülür? Azərbaycanda bu virusun yayılması üçün təhlükə varmı?
Məsələ ilə əlaqədar açıqlama verən Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli İrandan quş və quşçuluq məhsullarının idxalına 2016-cı ilin dekabrından qadağa qoyulduğunu və bu qadağanın hələ də qüvvədə olduğunu bildirib:
"Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən İranda 2016-cı ilin dekabrında və 2017-ci ilin martında "quş qripi" qeydə alındığı vaxtdan oradan diri quş və ümumiyyətlə quşçuluq məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub.
Mütəmadi olaraq da cənub və digər bölgələrimizdə "quş qripi"nin olub-olmamasından asılı olmayaraq, nəzarətin aparılması ilə bağlı bütün baytarlıq idarələrinə tapşırıq verilib və hələ ki, ölkəmizdə bu xəstəlik qeydə alınmayıb".
Biləsuvar Gömrük İdarəsinin əməkdaşı Rövşən Vəliyev isə İrandan quş və quşçuluq məhsullarının gətirildiyini təsdiqləyib. Qurum rəsmisi Qaynarinfo-ya açıqlamasında kommersiya məqsədləri üçün gətirilən məhsullar üçün sertifikat tələb edildiyini, lakin şəxsi istifadə üçün gətirilən quş və quşçuluq məhsullarına görə isə heç bir sənədin tələb edilmədiyini deyib:
"Kommersiya məqsədləri üçün gətirələn toyuq və toyuq məhsullarının sertifikat sənədləri, digər gigienik sertifikatları, ümumiyyətlə hər şeyi qaydasındadırsa, idaxılına heç bir məhdudiyyət yoxdur. Şəxsi istifadə üçün gətiriləndə isə ondan heç bir sənəd tələb olunmur. Vətəndaş 20 kiloqram da gətirib şəxsi istifadə adı ilə gömrükdən keçirməyə çalışa bilər, belə olan halda gömrük işçisi yerində qərar çıxarmaq səlahiyyətinə malikdir. Həmin şəxs 3 ildə, 5 ildə bir dəfə gələn adamdısa, deməli o, aldığı məhsulu şəxsi istifadəsi üçün gətirir. Yox, əgər həmin şəxs həftədə bir dəfə gedən adamdısa, deməli yalan danışır, bunu kommersiya məqsədi üçün gətirir. Həmin nüansları gömrük əməkdaşı yerində həll edir".

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.